Günəş işığı xeyir ya zərərdir?
Oklend Universitetinin alimləri gün işığının immun sisteminin infeksiyalarla mübarizə qabiliyyətini artırdığını müəyyən ediblər.
Tədqiqat zamanı şəffaf bədən quruluşuna malik və genetik baxımdan insanla oxşar xüsusiyyətlərə sahib danio-rerio adlı balıq növü model kimi istifadə olunub. Bu model sayəsində immun hüceyrələrin davranışı real vaxt rejimində müşahidə edilib.
Araşdırma göstərib ki, insan orqanizmində ən çox rast gəlinən ağ qan hüceyrələri - neytrofillər - gün işığına məruz qaldıqda bakteriyaları daha effektiv şəkildə məhv edirlər. Neytrofillər iltihab ocaqlarına ilk çatan və orqanizmi patogenlərdən qoruyan əsas hüceyrələr hesab olunur.
Alimlər bildirirlər ki, bu nəticə gələcəkdə immun hüceyrələrin bioloji ritmlərini tənzimləyən dərmanların hazırlanmasına yol aça bilər. Belə preparatlar orqanizmin infeksiyalara və iltihab proseslərinə qarşı müqavimətini artırmaq üçün istifadə oluna bilər.
Hazırda tədqiqatçılar işığın immun hüceyrələrinə təsir mexanizmlərini daha dərindən araşdırmaq üzərində çalışırlar.
Asya
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi