Hakimiyyəti cadu ilə idarə edən dövlət başçıları - İnanılmaz faktlar

Hakimiyyəti cadu ilə idarə edən dövlət başçıları - İnanılmaz faktlarOxu24.com maraqlı faktı təqdim edir

Adi insanlara maraqlı görünə bilər, amma dünya liderləri ta qədimdən cadugərlərə meyilli olublar. İnandıqları, güvəndikləri maqlar daim bu hökmdarların ətrafında dolanıb, onları baş verəcək hadisələrdən xəbərdar və ya mühafizə ediblər. Qəribədir ki, fanatik insanlardan daha çox yüksək mövqelər tutmuş rəhbərlər belə şeylərə daha çox inanırlar. Keçmiş zamanlarda da, indi də. Bəzi maqlar isə ona öz kölgəsindən daha çox etibar edən rəhbərlərdən yararlanıb bəzən müstəqil, bəzən də kənar qüvvələrin təsiri ilə dövlət işlərinə müdaxilə ediblər.

Dünya liderlərindən Madlen Olbrayt, Adolf Hitler, İosif Stalin, Leonid Brejnev, Ronald Reyqan, Uqo Çaves və başqaları ətraflarında daim maqlar saxlayıblar.

Bəzən maqlar öz "sahib"lərini sonralar ələ verir, onların qorxularını, gizlinlərini aşkara çıxarırlar. Çox vaxt isə rəqib ölkələrin cadugərləri hərəkətə keçərək düşmən tərəfin fikirlərini oxuyur, onu "skan" edərək işlədiyi hökumətə təqdim edirlər. Məsələn, Madlen Olbraytın Rusiya haqqında dediyi xoşagəlməz fikirlər vardı. Xüsusilə sahib olduğu torpaqların heç də Rusiyaya aid olmadığını israr edirdi. Əslində "Dəmir Ledi" muma dönüb hisslərini belə açıq büruzə verməzdi, deməli burada başqa bir əl vardı ki, bu da sonralar üzə çıxmışdı. 2006-cı ildə Rusiya qəzetlərindən birinə sabiq "çekist" müsahibəsində bildirmişdi ki, vaxtilə maqlar Madlen Olbraytın fikirlərini oxuyaraq onun nə düşündüyünü üzə çıxarmışdılar. Ümumiyyətlə, xanım Olbraytın slavyanlara qarşı nifrəti vardı. Düşünürdü ki, Rusiyanın altında olan sərvəti başqa ölkələr də idarə etməlidirlər. Əhalisi isə daim nəzarət altında olmalıdır.

Əslində cadugərlərin təkcə rəqib tərəfə deyil, Rusiya rəhbərlərinə də təsirinin tarixi çox keçmişə dayanır. Bunlar arasında şəxsiyyəti, vəzifəsi hələ də sual doğuran Rasputini dünyada daha yaxşı tanıyırlar. Bəlkə də onun haqqında dolaşan mif və şayiələr Rasputini daha müəmmalı şəxsiyyət kimi tarixə yazdırıb. İmperator II Nikolayın yanında böyük hörmət sahibi olan Rasputin onun hemofiliyadan əziyyət çəkən oğlunu sağaltdıqdan sonra sarayda ad qazanıb və gələcək haqqında reallaşmamış proqnozlar ilrəli sürüb.

Ümumiyyətlə, istər sıravi, istərsə də ali mövqeli olsun, ruslar paranormal qüvvələrə digər milətlərlə müqayisədə daha çox inanırlar. Ekstrasenslər, ağ-qara cadugərlər illərdir ki, Rusiya hökumətinə xidmət göstərirlər. Nikita Xruşşov nəinki Kremldə, hətta şəxsi mühafizəsində belə maqlardan istifadə edirdi. Leonid Brejnev və Mixail Qorbaçovun parapsixioloqları isə elitanın "müalicə"si ilə məşğul olurdular.

Rusiyanın mərhum prezidenti Boris Yeltsin isə sələflərindən xüsusilə seçilirdi. Bu adam tək bir maq deyil, "ordu" saxlayırdı. Məsələn 90-cı illərdə Rusiyanın postsovet ölkələri ilə münsibətində gərginlik yarananda, qərb isə bundan məharətlə istifadə edəndə Yeltsin bütün maqları bir araya yığıb kabinetdəcə enerji şəbəkəsi qurmağı tələb etmişdi. Onların qarşısında belə bir tələb qoyulmuşdu: hadisələrə təsir etmək və onları Rusiyaya lazım olan tərəfə yönləndirmək.

Rusiyanın hazırkı dövründə maqların at oynatmasına imkan verilməsə də, deyilənə görə, qeyri-ənənəvi metodlardan hələ də istifadə olunur. Son vaxtlar bu şayiələr öz rəsmi təsdiqini də tapıb. Belə ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyində ştatla işləyən astroloqlar var. Onlar Rusiya Elmlər Akademiyasının Təbii Elmlər İnstitutunun yaratdığı "Kosmoritmologiya İnstitutu"nun əməkdaşlarıdırlar. Onların parapsixoloji proqramını yönəldən isə əvvəllər texnika elmləri doktoru, professor, Baş Kəşfiyyat İdarəsinin general-leytanantı Firyaz Rəhimoviç Xançeverov olub.

Amma Kremlin ən tanınmış "maq"ı Rusiyanın Federal Xidmət Orqanının rəisi, general-mayor Qriqori Roqozin olub. Roqozin hərbi xitmətindən sonra "KQB"-yə (Milli Təhlükəsizlik Komitəsi) taleyini bağlayıb. Beş il hərbi əks-kəşfiyyatçılığı oxuyandan sonra 1972-1975-ci illərdə xüsusi kafedrada aspirantura təhsilini davam etdirib. 1985-ci ildən isə "KQB"nin əsas mərkəzində işə başlayıb. O, burada xarici xüsusi xidmət orqanlarının kəşfiyyatı zamanı qeyri-ənənəvi üsullardan istifadə etməyə başlayıb. Məlumatları ekstrasenslərin köməyi ilə araşdırıb. Xüsusən də şübhəli bilinən yüksək çinli insanların hipnoz altında dindirilməsi məsələlərinə xüsusi diqqət ayırıb. Özü sonralar verdiyi müsahibəsində etiraf edib ki, parapsixologiya ilə 35 yaşından məşğul olub. Marağı o qədər böyük olub ki, bu sahədə tezliklə peşəkarlaşıb. Hətta onun özü və ətrafında olan parapsixoloqlar özünühipnoz meditasiyasına girərək 135 il əvvələ qədər keçmişi görüblər, o dövrün insanlarını öz gözləri ilə seyr ediblər.

Xəbərlər     Baxılıb: 1932   Tarix: 11 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim və ayaqqabılar geyim seçimi yemek reseptleri düz qarın yanıltmacalar zara ayaqqabilari 2026 qrip haqqında kosmetika öpüşme itburnu faydalı maskalar laylalar novruz bayramına aid