"Halal pulla heç kim nə villa, nə də maşın ala bilməz" - Əli Mirəliyevdən qalmaqallı açıqlama
Bir neçə gün öncə hüquq-mühafizə orqanları Azərbaycanda saxta dərman satışı ilə məşğul olan şəbəkəni ifşa etdilər. Araşdırma nəticəsində məlum oldu ki, tez-tez telekanallarımızdakı verilişlərdən birində iştirak edən həkimlərdən biri də həmin dəstə üzvləri ilə əlbir olaraq saxta dərmanların satışını həyata keçirib. Hələ bir neçə ay öncə də efirə çıxan daha bir nəfərin orqan mafiyasının üzvü olduğu üzə çıxdı.
Həmişə efirlərimizdə tənqidi fikirləri ilə gündəmə gələn müğənni Əli Mirəliyev moderator.az -a açıqlamasında belə adamları "moşennik" adlandırıb.
Ə.Mirəliyev bildirib ki, halal pulla heç kim nə villa, nə də bahalı maşın ala bilməz:
"Bütün sahələrdə hamısı "moşenniklər"di. Hər dəfə bir-bir həbs olunurlar. Çünki saxtakarlıqla məşğuldurlar. Halal pulla kim villa alıb, xarici maşın sürə bilər". Hamısı rüşvətdi. Yaxşı yaşamaq üçün rüşvət alırlar. İnsanları aldadırlar. Beşi yaxşı maşın sürəndə, onu da ona baxıb yol axtarır ki, o, necə etsin. Neynəmək istəyirlər bunlar, bilmirəm".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz