Halluks valgus xəstəliyi nədir?
Ayaq baş barmağında çıxıntı, ayaqda ağrıların səbəbi sevə-sevə geyindiyiniz hündürdaban ayaqqabı ola bilər.
İmmunitet.az xəbər verir ki, türkiyəli travmatoloq Şərəf Aktaş baş barmaqda bəzən yaranan çıxıntı, ayaqda yaranan deformasiyanın səbəbindən bəhs edib.(Baş barmaqda sümüyün kənara çıxması və böyüyərək ayağın formasını pozması)
Onun sözlərinə görə, halluks valgus xəstəliyini yaradan səbəblərdən biri də məhz hündürdaban ayaqqabılardır. Həkim, buna səbəbin deformasiya olduğunu bildirib.
Halluks valgus deformasiyaya səbəblər:
Genetik faktor - Belə xəstələrin böyük qismində genetik bu xəstəlik genetik olur.
Dar, yüksək ölçülü ayaqqabılardan istifadə edən bir qism xəstədə bu müşahidə edilsə də, digər qism xəstələr isə hər zaman idman ayaqqabılarına üstünlük versələr dəbu xəstəlikdən qaça bilmirlər.
Ayağın içə basılması, düz dabanlılıq da halluks valgus və digər barmaqda formanın pozulmağına səbəb ola bilir.
Həkim tərəfindən müayinə olunduqdan sonra isə müalicənin növünə qərar verilir. Burada düzgün qərarı vermək, yenidən xəstəliyin yaranma ehtimalının qarşısını almaq üçün çox vacibdir.
Əməliyyatsız müalicə mümkündür?
İlk müalicə seçimi əməliyyat deyil. Müalicə əsnasında:
Önü geniş rahat və yumşaq ayaqqabılar,
Barmaqarası ayaqqabılar
Ayağın arxası aşağı olan xəstələrdə ortopedik dabanlıqdan istifadə etməkləri məsləhət görülür.
Bütün bu üsullardan sonra ağrısı davam edən xəstələrdə cərrahi müalicəyə müraciət edilir.
Əməliyyatdan sonra xəstə xəstəxanada ən çox 1 gün qalır. Əməliyyatdan sonra 2 və ya 3 saatda xəstələr topuqlarına basaraq ya da xüsusi ayaqqabıdan istifadə edərək yeriyə bilərlər.
Adətən uyğun müalicə üsulu seçilərsə təkrarlanma müşahidə edilmir.
Milli.Az / news.milli.az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin