Halsızlıq, qızdırma və səpgilər: Türkiyəni ağuşuna alan xəstəlik Azərbaycana gəlir?

Halsızlıq, qızdırma və səpgilər: Türkiyəni ağuşuna alan xəstəlik Azərbaycana gəlir?Son günlər Türkiyədə vətəndaşlar arasında əllərdə və ayaqlarda qızartılı səpgilərlə müşahidə edilən xəstəlik baş qaldırıb. Ən qorxulusu budur ki, iddiaya görə, xəstəlikdən əl və ayaq barmaqlarının dırnaqları tamamilə tökülür, sonra bərpa olunur. Bu barədə məlumatlar sosial şəbəkələrin Türkiyə seqmentində yayılıb.
Türkiyə Azərbaycana qonşu ölkə olduğu üçün sözügedən xəstəlik cəmiyyətimizdə də narahatlığa səbəb olur.
Görəsən, xəstəliyin ölkəmizdə yayılma riski varmı və sağlamlığa zərərləri nələrdir?
Milli.Az xəbər verir ki, İnfeksionist Mərdan Əliyev mövzu ilə bağlı Oxu.Az-a açıqlama verib. O bildirib ki, söhbət əl-ayaq-ağız xəstəliyindən gedir:
"Bu, kəskin virus xəstəliyidir. Son günlər Türkiyədə aktivləşib, ancaq Azərbaycanda vəziyyət stabildir. Xəstəlik epidemik formada müşahidə edilmir, amma qrup şəklində uşaqlarda görülə bilər. Əsasən, ağızda vezikulyar (yarımkürə formalı, şəffaf, yaxud azacıq bulanıq möhtəviyyatla dolu qovuq - red.) səpgilər şəklində özünü büruzə verir. Əllər, ayaqlar, sağrı və qasıq nahiyəsində də görülə bilər.
Xəstəliyin dırnaqları tökməsi isə mümkün deyil. Dırnaqların tökülməsinin müxtəlif səbəbi ola bilər. Ancaq dəqiq olan odur ki, buna səbəb kimi infeksiya göstərilə bilməz. Bu xəstəlik A tipli Koksaki virusu tərəfindən törədilir. Koksaki viruslarının digər növləri də xəstəlik törədə bilər. İnfeksiya fekal-oral, dəri səpgiləri və ağız suyu ilə kontakt zamanı yoluxur. Əl-ayaq-ağız xəstəliyi, adətən, mülayim gedən və 7-10 günə sağalan xəstəlikdir. Nadir hallarda davamlı olur və ciddi ağırlaşmalar ortaya çıxır. Ən həssas qrup 10 yaşa qədər uşaqlardır. Onlar xəstəliyə daha tez yoluxurlar və digər ailə üzvlərinə də keçirirlər. Xəstəlik təmas yolu ilə keçir, bəzən halsızlıq, 24-48 saat davam edən 38-39o C qızdırma və nadir hallarda qusma ilə müşahidə edilir".
İnfeksionistin sözlərinə görə, xəstəliyin klinik əlamətlərə görə diaqnozu asanlıqla qoyulur:
"Laboratoriya müayinələrinə, adətən, ehtiyac olmur. Bir sıra hallarda analiz üçün səpgilərdən və nəcis nümunəsindən istifadə oluna bilər. Virusəleyhinə spesifik müalicə yoxdur. Dəstəkləyici terapiya aparılır. Dehidratasiyanın (susuzlaşmanın - red.) qarşısını almaq üçün soyuq maye qəbul edilməlidir, acı və turş maddələr diskomfort hissi yaratdığı üçün istehlak edilməməlidir. Kəskin hallarda venadaxili məhlullara ehtiyac ola bilər. Qızdırma antipiretiklərlə düşürülə bilər. Ağrı standart dozalı ağrıkəsicilərlə müalicə olunur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1315   Tarix: 13 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

kosmetika mehsullari gözəllik məhsulları qis geyimləri 2026 qonaq otagi dizaynlari hamilələrin qidalanması sabir haciyev sac uzadan maskalar kosmetika sekisler qaynana hakista hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qogal dieta