Hamiləlik ödemi

Hamiləlik ödemiHamiləlik ödeminin əlamətləri aşağı ətraflarda, qarının divarında və bədənin başqa nahiyyələrində maye toplanması ilə müşahidə edilir. Hamiləlik zamanı ödemin əmələ gəlməsinə sidik ifrazının azalması (oliquriya) səbəb olur. Xəstəlik əsasən hamiləliyin ikinci yarısında doğuşa yaxın meydana gəlir. Əvvəlcə aşağı ətraflarda, ayağın aşağı hissəsində dizə qədər, sonra isə bud və xarici cinsiyyət orqanların ödemi baş verir. Orta dərəcəli ödemlər baş verdikdə hamilələrdə təngnəfəslik, tez yorulma, ağırlıq hissi olur. Bu zaman sidiyin tərkibi dəyişmir, arterial təzyiq normada qalır. Bəzən göz dibinin kapillyarları genəlir. Ödemin ağır forması baş verdikdə isə bütün bədən şişir. Bu su-duz mübadiləsinin pozğunluğu səbəbindən baş verir. Adətən bu ödemlər xəstə uzandıqda, pəhriz saxladıqda və duzu azaltdıqda 7-10 günə keçib gedir.
Bu zaman hamilə qadının bədən çəkisinə qəbul olunan mayenin və ifraz olunan sidiyin miqdarı nəzarətdə saxlanılır. Hamiləliyin ödemi zamanı oksigenoterapiya aparılmalı, askorbin turşusu, rutin, B qrupu vitaminləri, kalsiumxlorid, Caqlükonat, vikasol, metionin, qlükoza xəstənin vəziyyətini yuüngüllşdirməkdə yardımçı olur.
Bəzən hamilələrdə nefropatiya səbəbli ödemlər baş verir ki, bu zaman ödemlə bərabər arterial təzyiq və proteinuriya müşahidə olunur. Nefropatiya adətən hamiləliyin son aylarında baş verir. Bu zaman arterial təzyiq yüksəlir. Təzyiqin yüksəlməsinə böyrək kapillyarlarında baş verən patologiyalar səbəb olur. Nefropatiya ağırlıq dərəcəsinə uyğun olaraq dəyişilir.
Hamiləlik nefropatiyasının müalicəsi dərman preparatları, düzgün rejim və pəhriz, sidiyin sistematik yoxlanılması, arterial təzyiqə nəzarət, bədənin çəkilməsindən ibarətdir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1714   Tarix: 30 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

sade makiyaj sekilleri hamiləlik qadin sayti sekis qaşların formalari güllərin mənası cennet almasinin murebbesi kosmetika bayraq dostluq usaq seirleri brusell bakteriyası məsəllər