Hamiləlikdə necə qidalanmalı?

Hamiləlikdə necə qidalanmalı?Hamilə qadınlar hamiləliyin ilk 3 ayında az və tez-tez qidlanmalıdırlar. Yağsız, iysiz, ədviyyatsız qidalardan istifadə etməkdə fayda var.
Bu zaman kəsiyində hamilə qadınlar istədikləri hər yeməyi yeyə bilərlər, amma gərək yediyi qidalar genetik kodu dəyişdirilməmiş qidalar olsun. Ananın qidasını balıq, süd və süd məhsulları təşkil eləsə yaxşı olar. Əgər bu qidalar anada ürəkbulanmaya səbəb olursa, məcburən qəbul etməməlidir. Hamilə qadın tərkibində qatqılar olan qidalardan uzaq durmalıdır. Bu qidalara aşağıdakılar aiddir:
* sosislər
* kolbasalar
* hazır meyvə suları
* hazır şirniyyat məmulatları.
3 ay keçdikdən sonra hamilə qadınlar qidalarına daha diqqətlə yanaşmalıdırlar. 3 ayından doğuma qədər ana həm özü, həm də uşağın sağlamlığı üçün qidasına daha həssas yanaşmalıdır. Bu zaman kəsiyində analar gün ərzində 5-6 dəfə qida qəbul eləməlidirlər.
Qəbul etdikləri qidaların arasında meyvə, süd, qatıq nə qədər çox olarsa, bir o qədər yaxşı olar.
Hamilələr həftədə ən az 2 dəfə ət yeməlidirlər. Hamilə qadın yediyi ətə diqqət yetirməlidir. Ət və ət məhsullarının yaxşı bişməsi lazımdır ki, hamilələrdə heyvan mənşəli xəstəliklər baş verməsin.
Hamilə qadınlar həftədə 1 dəfə  balıq yeməlidirlər.
Hamilələrin axşam yatmazdan əvvəl meyvə və zeytun yeməklərində fayda var.
Hər gün bir-neçə dənə qoz, badam, əncir qurusu yemək hamilə qadının Omeqa 3 yağına olan təlabatını az da olsa ödəyir.
Hamilə qadın gün ərzində bol su və ya açıq rəngli çay içməlidir.
Hamiləlik zamanı ananın çəkisi 10-14 kq arta bilir.
Qidasına nəzarəti artırmaqla yanaşı hamilə qadın hər gün piyada gəzməlidir. Hamiləlik zamanı üzmək, yoqa ilə məşğul olmaq və hamilə qadınlar üçün nəzərdə tutulmuş idman növləri ilə məşğul ola bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 2282   Tarix: 04 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

aksessuarlar adlarin menasi qaşların formalari sızanaqlara qarşı avto qadın elaci yemişan faydaları kosmetika bürclər qizliq perdesi xeyanet bir arzum var novruz