Hamının maraqlandığı suala ƏN DOĞRU cavab: Qohumla ailə qurmaq düzgündür?

Hamının maraqlandığı suala ƏN DOĞRU cavab: Qohumla ailə qurmaq düzgündür?"Deyirlər, əmiqızı ilə əmioğlunun nikahı göydə kəsilib", "A bala, gəl özümüzkülərdən alaq, ətimizi yesə də, sümüyümüzü atmaz" kimi deyimləri tez-tez eşidirik.
Yüz illərdir bu deyimlərə uyğun ailələr qurulur. Yəni, qan qohumları olan əmi, dayı, xala, bibi uşaqları evlənirlər. Bu hala təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də rast gəlinir. Dünya üzrə bağlanan nikahların 20 faizi qohumluq əlaqələri üzərində yaranır.
Faiz nisbəti ilə götürsək, hər il dünyada doğulan körpələrin 8,5 faizi qohum nikahlarından doğulur. Azərbaycanda isə hər yüz ailədən 20-si bu cür nikahlara üstünlük verir. Bu evliliklər cəmiyyətdə heç də birmənalı qarşılanmır. Mütəxəssislər belə evliliklərin çoxalmasını insanların bir-birinə inamsızlığı ilə əlaqələndirirlər. Boşanmaların sayı artdığından insanlar bir-birlərinə etibar etmirlər. Bəzən bu evliliklər də istənilən kimi alınmır və ağır fəsadlara gətirib çıxarır. Hətta cinayətlər belə baş verə bilər. Qohumlar arasındakı yaxınlıq əlaqələri varkən, bunu bir az da möhkəmlətməyə can atırlar. Məsələnin pis tərəfi odur ki, ailələr qohum nikahı üçün çox zaman övladlarına təzyiq edirlər.
Varlı, imkanlı tərəflər var-dövlətinin yad adama qalmasını istəmirlər. Qohum evlilikləri alınmayanda fəsadları daha acınacaqlı olur. Yaxın qohumlar arasında bağlar qırılır və hətta bu tendensiya ömürboyu davam edir. Araşdırmalar göstərir ki, yad insanların evliliyi zamanı uşaqların qüsurlu doğulma riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir.
Başqa sözlə, bu risk 2 dəfə artmış olur. Dünyanın bəzi ölkələrində birinci dərəcəli qohum evliliyi tamamilə qadağan edilib. Almaniyada, Amerika Birləşmiş Ştatlarının 24 ştatında əmiqızı-əmioğlu evliliyi tamamilə yolverilməzdir. Qohum evliliyi göstəricisi Küveytdə 54,3%, Türkiyədə 26,8% təşkil edirsə, İngiltərədə bu 0,56%-dir.
Suriya, Fələstin, Livan, Səudiyyə Ərəbistanı kimi İslam ölkələrində qohum evliliklərinin səviyyəsi aşağıdır. Türkiyədə vəziyyət, demək olar ki, Azərbaycanla eynidir. Ölkəmizdə qeydə alınan nikahların 56%-dən çoxu qohum evlilikləridir. Həkimlərin sözlərinə görə, ana bətnində heç bir problem yaşamayan, qüsuru olmayan körpənin dünyaya gədikdən sonra da müəyyən problemləri ortaya çıxa bilər.
Buna görə də, qohum evlilikləri zamanı hərtərəfli tibbi müayinədən keçmək vacib sayılır. Beləliklə, hərtərəfli, daha yaxından tanıma kimi cəhətlərə üstünlük verərək qohum nikahları seçənlər xəstə övladlarının dünyaya gələ biləcəyi ehtimalını unutmamalıdırlar. Əgər ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu nəzərə alsaq, demək qohum nikahlar heç də xoşbəxt ailə vəd etmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1960   Tarix: 19 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

geyim və ayaqqabılar geyim şəkilləri toy gecesi sirniyyatlar gənc qalmağın sirləri findiq qabiginin faydalari hakisda kosmetika qurd ve quzu novruz bayrami hakisda naz mila uzeyir burclerin uygunlugu