Harınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLAR

Azərbaycanda son zamanlar baş verən qəza hadisələrinin sayı çoxalıb. Buna səbəb isə təyin edilmiş yol hərəkəti qaydalarına baxmayaraq sürücülərin bu qaydaları pozması, nəticədə ya özlərinin, ya da neçə-neçə insanların faciəvi sonu ilə nəticələnən avtomobil qəzalarının yaranması olub.

Araşdırmalar onu göstərir ki, faciəvi qəzaları yaradan sürücülərin əksəriyyəti məmurların, vəzifəli şəxslərin övladları və yaxın qohumlarıdır.

BiG.AZ faciəvi qəza yaradan məmur uşaqları və qohumlarının siyahısını təqdim edir:

Məmur balasının qəza törətdiyi hadisələrdən biri iyun ayının 7-si baş verib.

Belə ki, Bakının Xəzər rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

26 yaşlı Hacıyev Əli Etibar oğlu idarə etdiyi "Hyundai" markalı avtomobil ilə Zığ yolunda hərəkətdə olarkən sürət həddini aşıb və maşın idarəetmədən çıxaraq yolun kənarındakı yamacdan aşağı doğru aşıb.

Nəticədə sürücü Əli Hacıyev və avtomobildə olan 31 yaşlı sərnişin Nəsrullayev Şamil Mürsəl oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtomobil deformasiyaya uğrayıb.

Qeyd edək ki, Əli Hacıyev respublikanın rayon yol polisi şöbələrindən birinin rəisi olan Etibar Hacıyevin oğludur.

Azərbaycanlı məmur qohumunun qəza törətdiyi hadisələrdən biri iyulun 12-də qeydə alınıb.

Qəza hadisəsi Bakıda aeroport yolunda qeydə alınıb.
Belə ki, "Range Rover" markalı avtomobil yol arakəsmələrini təmizləyən "KamAZ" su maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları cəlb edilib. FHN əməkdaşları deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü nəqliyyat vasitəsindən çıxarıblar.

Qeyd edək ki, sürücü Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) şöbə rəisi, 31 yaşlı polis kapitanı Cabir Firdovsi oğlu Hüseynovdur. O, qəza zamanı ağır xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) Texniki Təminat Şöbəsinin rəisi, polis kapitanı Hüseynov Cabir Firdovsi oğlu DİN-in Baş Kadrlar İdarəsinin rəisi general-mayor Rafiq Abbasovun bacısı oğludur.
Məmur qohumunun düşdüyü faciəvi qəzalardan biri iyunun 6-da Hacıqabulda olub.

Bakı-Qazax magistralının Hacıqabulun Nəvahi qəsəbəsindən keçən hissəsində Tovuzun Dondarquşçu kənd sakini, 1990-cı il təvəllüdlü Mirzəyev Orxan Novruz oğlunun idarə etdiyi "Toyota Land Cruiser" markalı, 99 XX 060 dövlət qeydiyyat nişanlı avtomobil aşarkən sürücü və ön oturacaqda əyləşmiş 1989-cu il təvəllüdlü Abbasov Elgün İlham oğlu təhlükəsizlik kəmərini taxmayıb. Məhz bu səbəbdən də zərbənin gücündən onlar maşının ön şüşəsindən yolun kənarına düşüblər və hadisə yerində vəfat ediblər. Avtomobilin arxa oturacağında əyləşmiş 23 yaşlı Seymur Əliyev isə kəmər taxmasa da, aşan nəqliyyat vasitəsinin salonunda qalıb. Xəstəxanaya yerləşdirilmiş gəncin həyatına təhlükə qalmadığı məlum olub.

Bu arada məlum olub ki, qəzaya uğrayan avtomobil yaxınlıqdakı polis postundan keçərkən sürücü təhlükəsizlik kəmərini taxıbmış. Hadisə yerini müayinə edən polis qəza vaxtı avtomobilin təxminən saatda 140-150 kilometr sürətlə hərəkət etdiyini bildirib.

Məlumata görə, qəzada vəfat edən şəxslər əslən Tovuzdan olsalar da, Bakıda yaşayırmış. Onlar bayram günləri ilə bağlı rayona gedib Bakıya qayıdarkən məlum hadisə ilə üzləşiblər.

Qeyd edək ki, qəzada vəfat edən Orxan Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin qardaşı oğludur. O, özəl şirkətlərdən birinin direktoru imiş. Elgün Abbasov isə keçmiş futbolçu və Tovuzda fəaliyyət göstərən ARB24 telekanalının keçmiş əməkdaşı imiş.
İyunun 19-da Daşkəsən rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Gəncə-Daşkəsən yolunun 1-ci kilometrliyində, Aşağı Daşkəsən qəsəbəsi ərazisində baş verib.

Belə ki, "Hyundai sonata" markalı avtomobillə "Niva" markalı avtomobilın toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsində olan sərnişinlər və sürücü xəsarət alıb. Qeyd edək ki, yaralılardan biri, Daşkəsən rayon sakini, DSMF-nin Daşkəsən rayon şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Cəfərli Firuddin Əli oğludur. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı xəsarət almış digər yaralı isə "Niva" markalı avtomobildə olmuş YAP-ın Daşkəsən rayon təşkilatının sədri Yolçuyev Meydanəli Binəli oğludur. Hadisə zamanı onun həyat yoldaşı, gəlini və nəvələri də nəqliyyat vasitəsində imiş.

Yaralılardan ikisi Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, biri isə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alanlardan biri koma vəziyyətindədir. Qəzanın F. Cəfərlinin sükan arxasında olarkən ürək tutmasından baş verdiyi bildirilir. F.Cəfərlinin səhhətində problem olduğundan o, bu yaxınlarda ürək əməliyyatı keçirib.

Aprelin 20-də Ucar-Zərdab yolunun Ucarın Qazyan kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Mercedes" markalı avtomobillə "VAZ 21011" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ"da olanlardan Zərdab rayon sakini, 33 yaşlı Adışirin Sadıqov hadisə yerində ölüb. O, Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur. Ucar rayonunun Qazyan kənd sakini, 60 yaşlı Nizami Manafov və Zərdab rayon sakini, 51 yaşlı Cavanşir Mürşüdov isə xəsarət alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yanvarın 9-da Bakıda "BakuBus"ın avtobusu ilə "Nissan Qasqai"ın toqquşması nəticəsində minik avtomobilinin qadın sürücüsü ölüb.

Ölən 1967-ci il təvəllüdlü Sevda İsmayılova Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi imiş.

Universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda İsmayılova qəzadan sonra xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

S.İsmayılova Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika" kafedrasının müəllimi idi.

S.İsmayılovanın həyat yoldaşı isə polis zabitidir, polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.

Son günlər isə Prezidentin göstərişi ilə vəzifədən azad edilən general-mayor Novruzəli Orucov oğlunun həbsi gündəmdədir.

Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini Novruzəli Orucov 10-OG-300 nömrəli "BMW"-nin sükanı arxasına əyləşərək qaydaları pozub və avtobus sürücüsü Sənan Səmədovu döyüb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev dünən Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mayın 7-də Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Belə ki, saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus "Mersedes" markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələki bəlli olmayan minik avtomobilləri toquşub.

Nəticədə "Mersedes" markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin Nizami Hissə rəisi, Polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Mersedes" markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.

BiG.AZ araşdırma nəticəsində müəyyən edib ki, adı çəkilən general Fazil Ələkbərov Vasif Talıbovun qudasıdır.

Belə ki, Ali Məclis sədrinin oğlu Seymur Talıbov F.Ələkbərovun qızı ilə evlidir.

Mayın 5-də saat 23:00 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobilin iştirakı ilə baş verən qəza zamanı məşhur həkimin oğlu dünyasını dəyişib.

Qəza nəticəsində ölən sürücü Zakir Qəhrəmanov "Nərgiz" klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Zakir Qəhrəmanov idarə etdiyi "Porsche" markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Hadisə nəticəsində Z.Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər.

Sürücü orada ölüb.

Mayın 3-də "Porsche" ilə daha bir faciəvi yol-nəqliyyat hadisəsi baş vermişdi. Belə ki, 16 yaşlı Ağaəli Fərəcli iki uşaq anası olan 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq, qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. A.Fərəcli saxlanılıb. Məlum olub ki, həmin gənc tanınmış iş adamı Füzuli Fərəcovun oğludur.

"MOHİTO" və "PARODİSE" klublarının, Novxanıdakı "Kalyon" restoranının sahibi olan F.Fərəcov əslən Naxçıvandandır və Bakıda Bentli Fizuli kimi tanınır. Buna səbəb, iş adamının şəhərdə ilk "Bentley" sürən kimi tanınmasıdır.

Atasının var-dövləti ilə öyünən məmur övladlarından biri də Bakı Lift İdarəsinin rəidi Qedrət Şükürovun qızı Aysel Şükürova olub. 400 minlik toyu ilə gündəmə gələn Aysel ikinci dəfə ailə həyatı qurduğu Oqtayla bahalı istirahəti, lüks avtomobilləri, biznesi ilə dillərdən düşmür.

Qeyd edək ki, bir müddət öncə qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn məmur Qüdrət Şükürovla bağlı məsələ ölkədə böyük rezonans doğurub. Bundan sonra Bakı Lift-Təmir İstehsalat Birliyində Baş Prokurorluq tərəfindən yoxlamalar aparılması bildirilib. Hətta Qüdrət Şükürovun həbs olunacağı haqqda məlumatlar da gündəmə gəlib.
Harınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLARHarınlamış varlıların CİNAYƏTKAR övladları - FOTOLAR

Xəbərlər     Baxılıb: 2510   Tarix: 12 iyul 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. Unikal-a istinadən xəbər verir ki, bu barədə rusiyalı otonevropatoloq Viktor Voronov deyib. Həkimin sözlərin

.

Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur

Aparılan araşdırmalar göstərib ki, smartfon, sosial media və video oyunlarına aludə olan uşaqlar həyatlarının daha sonrakı dövrlərində psixoloji problemlərlə üzləşirlər. -a istinadən xəbər verir ki, kanadalı alimlər uşaqlı

.

Səhər, nahar və şam yeməyini nə vaxt yeməlisiniz?

Həyatın müasir ritmi həmişə qida qəbuluna, xüsusilə səhər yeməyinə lazımi diqqət yetirməyə imkan vermir. Bir çoxumuz səhər yeməyini atlayırıq və ya yolda yeyirik. Ancaq bu yanaşmanın sağlamlığımız və çəkimiz üçün mənfi nəticələr

.

Yuxusuzluğa səbəb olan QİDALAR

Araşdırmalara görə, yuxusuzluğun səbəbi pəhrizinizin nəzərə almadığınız digər aspektləri ola bilər. . -a istinadən bildirir ki, yatmazdan əvvəl bəzi qidalardan uzaq durmaq lazımdır. Ədviyyatlı ərzaq. Yatmamışdan qabaq ədviyyatl

.

Baş gicəllənməsinə bunlar səbəb olur

Baş gicəllənməsinə 83 müxtəlif vəziyyət səbəb ola bilər ki, bunların da əksəriyyəti qulaq xəstəlikləri ilə bağlıdır. -a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xroniki başgicəllənmə hallarının 65-70%-i qulaq xəstəliklər

.

Yatarkən smartfonu yanımızda saxlamaq TƏHLÜKƏLİDİR?

Bir çox insanlar gecələr smartfonu çarpayının yanında və ya yastığın altında saxlayır. .   -a istinadən bildirir ki, araşdırmalara görə, mobil telefondan istifadə insan sağlamlığı üçün təhlükəsizdir. Çoxsaylı tədqiqatla

.

Bir çox xəstəliyin dərmanı olan ananasın İNANILMAZ FAYDALARI

Cənubi Amerikanın isti iqlimində yetişən, şirniyyatlara gözəl bir alternativ olan ananasın faydaları saymaqla bitmir. Ananas çox zəngin kimyəvi tərkibə malikdir. A, PP, C , B qrupu vitaminlər, bir çox vacib minerallar kalium

.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır.   -a istinadən bildirir ki, xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazda

.

Yerkökü və qaragilə görməni yaxşılaşdırır?

Araşdırmalara görə, yerkökü və qaragilə görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.   -a istinadən bildirir ki, oftalmoloq Vyaçeslav Kurenkovun fikrincə, heç bir məhsul görmə kəskinliyinə təsir edə bilməz. Onun sözlərin

turlar.az

sonxeber.az geyim seçimi toy makiyaji sekilleri makiyaj etmek qaydalari biskvitli tort resepti ehtiraslandiran sozler 2024 donlari orqazm kosmetika naz mila novruz bayrami üzeyir hacıbəyli qiz evi masturbasiya