Havanın temperaturuna görə uşağı necə geyindirmək lazımdır?
"Uşağım üşüyür, yoxsa tərləyir?" sualı əsasən də yenicə ana olanlar üçün çox stresslidir. Buna görə də, uşaq çantasını lazımsız əşyalarla dolduraraq özünüzə əziyyət verməyin.
Medicina.az sizə havanın temperaturuna görə, körpənizi necə geyindirməli olduğunuzu açıqlayır.
30-25 dərəcə: bu istilikdə körpənizə bezin üstündən şort və qısa qol mayka geyindirə bilərsiniz. Unutmayın ki, açıq rənglər tünd rənglərə nisbətən uşağı daha sərin saxlayacaq.
15-20 dərəcə: bu cür havada uşağa qısa qol bir mayka ilə şalvar və corab geyindirsəniz yaxşı olar. Çölə çıxarkən isə ona uzun qollu köynək geyindirin. Əgər körpə tərləyərsə bu zaman üst köynəyi çıxarın.
10-15 dərəcə: uşağa uzun qollu köynək və corab geyindirdikdən sonra üstündən şalvar və jaket geyindirin. Havaya çıxarkən isə başına papaq qoymalısınız. Yaddan çıxarmayın ki, övladınız sizdən ən azı 1 qat çox geyinməlidir.
5-10 dərəcə: uzun qollu bir köynək, corabın üzərindən uşağa şalvar və jaket geyindirin. Bayıra çıxdıqda isə qalın gödəkçə geyindirin, papaq və əlcək taxın. Əgər uşaq arabasının üstündən ədyal sərirsinizsə, bunun artıq bir qat olduğunu və uşağı tərlədə biləcəyini unutmayın.
0-5 dərəcə: uşağa uzun qollu köynək, corabın üstündən qalın jaket və şalvar geyindirin. Havaya çıxararkən isə qalın qış gödəkçəsi, papaq, çəkmə və əlcək geyindirməyi unutmayın.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir