"Heç bir mərtəbə boşaldılmayıb, lazım olsa, xəstəxananı alaram"
Bir neçə gün əvvəl idrar yolu infeksiyası diaqnozu ilə xəstəxanaya yerləçdirilən müğənni Bülent Ersoydan xəbər var.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ona görə xəstəxananın bir mərtəbəsinin boşaldıldığı deyilən sənətçi yazılanlara münasibət bildirib:
"Bir böyrəyim var, onda da daş yaranmışdı. İdrar yolu infeksiyası keçirdim və bir az təzyiqim qalxmışdı. Utanmadan "Bülent Ersyo xəstxananın mərtəbələrini boşaltdırdı" yazıblar. Mənim belə axmaq şeylərə ehtiyacım yoxdur, istəsəm, xəstəxananı pulla alaram. Belə şey ola bilməz. Mərtəbə boşaldılmayıb. Onsuz da həmin xəstəxanada VİP müştəriləri o cür müayinə edirlər. Bir palata, bir də qonaqları qarşılama otağı var. Heç kim yerindən tərpədilməyib. Heç həmin vaxt xəstə də yox idi".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Yuxusuz gecədən sonra bunu edin