Heç vaxt ailə qurmayan Bayram Kürdəxanılı qəza vaxtı GÖRÜN KİMİNLƏ DANIŞIBMIŞ...

Heç vaxt ailə qurmayan Bayram Kürdəxanılı qəza vaxtı GÖRÜN KİMİNLƏ DANIŞIBMIŞ...Tanınmış meyxanaçı Bayram Kürdəxanılının ölümü ilə bağlı yeni şayiələr yayılıb.

Xanim.az xəbər verir ki, Kürdəxanı sakinlərinin kult.az-a verdiyi məlumata görə, 23 avqust tarixində avtomobil qəzası zamanı həyatını itirən meyxanaçı heç də yolu keçmək istəyən zaman qəzaya düşməyib. Kənd sakinləri bildirib ki, qəza zamanı B.Kürdxanılı sevdiyi xanımla mobil telefonda danışırmış. Hadisə də elə bu zaman baş verib. Mağazaya tərəf gedən meyxanaçı yolu keçib səkiyə çıxsa da, yol ilə hərəkət edən avtomobil onu vurub.

Qeyd edək ki, meyxanaçı heç vaxt evli olmayıb və övladı da yoxdur. Meyxanaçı müsahibələrinin birində bildirib ki, ailə qurmaq barədə heç vaxt düşünməyib və buna görə də peşman olmayıb:

"Tüfeyli həyata düşdüyüm üçün ailə qurub kiminsə balasını bədbəxt eləmək istəməmişəm. Kişiliyimə sığışdırmamışam bunu".

Xatırladaq ki, Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib.

İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram bunu sonra da davam etdirib.

Bu günə qədər ancaq meyxana ustadı kimi tanınan Bayram Kürdəxanılı 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib. 1 il həbsdə yatıb.

Meyxana ustadı avqustun 22-dən 23-nə keçən gecə Kürdəxanı qəsəbəsində toy mərasimindən evə qayıdarkən avtomobil vurması nəticəsində həyatını itirib. Məlumata görı, B.Kürdəxanılı qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xəbərlər     Baxılıb: 2453   Tarix: 25 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari sac duzumleri kombinler 2026 yay cinsi zəiflik hekayələr yumurta qabiginin xeyri kosmetika baldiza aid haxisda oxu az geyim babasil novruz bayramına aid bakışta