"Həkimlər sayəsində boğulmanın öhdəsindən gələ bildim

"Həkimlər sayəsində boğulmanın öhdəsindən gələ bildimXəzər TV "Yeni klinika"da koronavirusdan sağalmış xəstələrdən reportaj yayımlayıb. 
Milli.Az xəbər verir ki, təkcə bu klinikada 1 gün ərzində 20-yə yaxın xəstənin müalicəsi başa çatıb. Günlərdir virusla mübarizə aparan xəstələr evə buraxılıb.
Koronavirusa yoluxanlardan bəziləri xəstəliyi gec aşkarladıqlarını bildiriblər. Xəstələrdən biri bir müddət ev şəraitində müalicə olunduğunu, daha sonra onda halsızlıq yarandığını bildirib: "KT müayinəsi göstərdi ki, artıq 60-70 faizlik pnevmoniya var. Məndə kəskin halsızlıq, hərarət də var idi. "Yeni klinika" xəstəxanasına yerləşdirildim". 
Sağalan şəxslər xəstəliyin çox ağır keçdiyini, bu səbəbdən də tövsiyələrə əməl etməyin vacib olduğunu vurğulayıblar: "Nəfəs darlığı, iki dəfə boğulma oldu. Sağ olsunlar, Həkimlərin yerində və vaxtında müdaxiləsi nəticəsində mən bu boğulmanın öhdəsindən gələ bildim. Artıq bu gün sağalmışam. İnsanlar bu virusa inansınlar. Qoyulmuş qadağalara riayət etsinlər".
Digər xəstə isə vurğulayıb ki, özü yoluxsa da, hamıya maska taxmağı və məsafə gözləməyi tövsiyə edir: "14 gün evdə qalmalıyam. Daha sonra həkimlər nə məsləhət etsə elə də olacaq".
Həkim infeksionist Firdovsi Məmmədov isə qeyd edib ki, sağalan xəstələrin müayinəsi bundan sonra da davam edəcək: "Yenidən virusa yoluxmaması üçün həkimlər həmin şəxslərə öz tövsiyələrini verirlər. Bu xəstələr evdə təcrid olunurlar. 14 gün ərzində bayıra çıxmamaq barədə iltizama qol çəkirlər. Xəstələrə öz haqları bildirilir. Biz evə xüsusi müalicə yazmırıq. Burada müalicələr olunduqdan sonra xəstə evə buraxılır. Son həftələrdə xəstəxanaya gələn şəxslər əvvəlkilərə nisbətən daha ağır olur. Xəstəxana demək olar ki, daim doludur. Mütəmadi olaraq boş yer olur. Xəstəni çıxarırlar, yerinə yeni xəstələrimiz qəbul olunur. Əvvəl gələn xəstələrə nisbətən indi burada yatma müddəti uzanıb. Gələnlər xəstəliyi daha ağır keçirirlər. Əvvəl gələn xəstələr bir həftəyə sağala bilirdisə, indi xəstələrdə bu müddət 1-2 gün uzanır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1685   Tarix: 10 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

geymler 2026 donlar 2026 geyim və ayaqqabılar goy qursagi nece yaranir sarimsaqla qurdun mualicesi tərəvəz yeməkləri heyatda oz yerini tapan insan xosbextdir kosmetika kahfe fali qiz evi haxista hesaplama olumu seksler