Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmir

Hər gün etdiyimiz, amma ömrümüzü qısaldan VƏRDİŞLƏR: Çoxları bunu bilmirUzun və sağlam ömür sürmək hər kəsin arzusu olsa da, gündəlik vərdişlərimiz fərqinə varmadan bu yolda ciddi maneələr yaradır. Xüsusilə pandemiya sonrası dəyişən həyat tərzi və oturaq rutinlər erkən ölüm riskini artıran əsas səbəblərdən hesab olunur. 
Milli.Az xəbər verir ki, mütəxəssislər müasir insanın həyatına "səssiz qatil" kimi daxil olan əsas faktorları açıqlayıblar.
Siyahının başında hərəkətsiz həyat tərzi və balanssız qidalanma gəlir. Uzun müddət oturaq vəziyyətdə qalmaq təkcə əzələ problemlərinə deyil, həm də maddələr mübadiləsinin pozulmasına səbəb olur. Harvard Universitetinin araşdırmalarına görə, şəkərli və qazlı içkilərin müntəzəm istifadəsi insan ömrünü 4 ildən 10 ilə qədər qısalda bilər. Bu içkilər daxili orqanların piylənməsinə və xroniki iltihablara birbaşa yol açır.
Gündə 6 saatdan az yatmaq orqanizm üçün "saatlı bomba" effektinə malikdir. Warwick Universitetinin araşdırması sübut edir ki, yuxu çatışmazlığı immunitet sistemini iflic edir və ürək-damar xəstəlikləri riskini kəskin artırır. Az yatan insanlarda erkən ölüm riski normal yatanlarla müqayisədə 12% daha yüksəkdir.
Mütəxəssislərin "bəyaz təhlükə" adlandırdığı şəkər və duz da ömrü qısaldan faktorlar sırasındadır. Həddindən artıq duz istehlakı böyrəklərin fəaliyyətini pozur və yüksək təzyiqə (hipertoniya) səbəb olur. Şəkər isə hüceyrələrin qocalmasını sürətləndirərək şəkərli diabet və onkoloji xəstəliklərə zəmin yaradır.
Ömrünüzü uzatmaq üçün bu vərdişlərdən imtina etmək heç vaxt gec deyil. Kiçik dəyişikliklər - daha çox hərəkət, kifayət qədər yuxu və təmiz qidalanma sizə illər qazandıra bilər.
Səkinə Yusifova
Milli.Az

Xəbərlər     Baxılıb: 1026   Tarix: 04 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

kosmetika mehsullari makiyaj instagram hamiləlik kaktusa qulluq makiyaj xina ucun hakistalar azərbaycan haqda kosmetika novruz hakışdaları sağlamlıq dolça vətən haqqında bayatı penis