"Həyat yoldaşım məndən 15 yaş da kiçik ola bilərdi" - Əməkdar artis həyat yoldaşından danışdı - FOTO

"Həyat yoldaşım məndən 15 yaş da kiçik ola bilərdi" - Əməkdar artis həyat yoldaşından danışdı - FOTOXanim.az xəbər verir ki. tanınmış xanəndə, əməkdar artist Elnarə Abdullayeva "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Elnarə xanım, istərdim ki, əvvəlcə konsert hazırlıqlarınız barədə məlumat verəsiniz.

- Fevralın 16-da Sumqayıtda, Kimyaçılar Sarayında solo konsertim olacaq. Konsert bir gün nəzərdə tutulub.

- Heydər Əliyev adına Sarayda 2-3 günlük proqramla çıxış edən xanəndəyə tələbat azalıbmı?

- O konserti özləri təşkil etdilər.

- İcra Hakimiyyəti?

- Bunu prodüser Asif Kərimov daha yaxşı bilir. Tələbat çox da olsa, bir günlük proqram istəyirəm. Fikrim var ki, bu il bölgələrimizdə silsilə konsert proqramları ilə çıxış edim. Sumqayıtdan sonra Gəncədə konsertim olacaq. Ancaq deyim ki, bu iki konsertin heç birinin təşkilatçılığından xəbərim yoxdur.

- Heç olmasa qonorarın məbləğindən xəbərdarsınız?

- Böyük konsertlərimdə düşünürdüm ki, necə olacaq, nə cür edəcəyəm. İnanın ki, burada məni qonorar düşündürmür. Sadəcə, regionlarda tələbat olduğu üçün bu konsertləri verirəm. Hamı Bakıya gələ bilmir axı. Mən Filarmoniyada da konsert vermək arzusundayam.

- Biletlərin qiyməti necədir?

- Şəhərdə biletin qiyməti səksən manat idisə, rayonlarda, bölgələrdə yəqin ki, 30-40 manatdır. İnsanların maddi durumunu düşünmək lazımdır.

- Sənət adamları gileylənirlər ki, toya getdiyimiz üçün tamaşaçının gözündə adiləşirik və konsert verə bilmirik. Yəni, müğənnini hər gün toyda görən tamaşaçı onu konsertdə görməyi o qədər də arzulamır. Ancaq siz həm toya gedirsiniz, həm də konsertlərinizdə anşlaq olur. Nə cür ifaçı olmaq lazımdır ki, həm konsertinə maraq olsun, həm də toya dəvət etsinlər?

- Çox sadə çıxış yolunu deyəcəyəm. Əvvəla, özün olmalısan. Özün olanda xalq səni sevəcək. Allaha and olsun ki, ruhdan ruha əlaqə var. Özünü necə aparırsansa, insanlar onu hiss edir. Və ən əsası mütləq sənətlə məşğul olmalısan. Mütəmadi olaraq sözləri, qəzəlləri yeniləməli və rəngarəng olmalısan.

- Sosial şəbəkələrdə sizin adınızdan yaradılmış xeyli profillər var. Özünüz istifadə edə bilirsinizmi?

- Facebook səhifəm var, amma başqası idarə edir. Məsələn, dünən evdə şirniyyat bişirmişdim, onu çəkib paylaşmışdılar. Ancaq özüm bunu edə bilmirəm.

- Sizcə sənətçinin bişirdiyini çəkib paylaşmağı doğrudurmu?

- Bəli, doğrudur. Gənc ifaçılar görsün ki, bunu etmək insanın şanına kəsir gətirmir. Başqa lazımsız işlərlə məşğul olunca, belə işlər görmək lazımdır. Çox yorulanda evdə nəsə iş görəndə rahatlaşıram.

- Elnarə xanım, kəndinizə çəkdirdiyiniz bulağın suyu gəlirmi?

- Allaha and olsun ki, bulağın gözü əvvəlkindən daha yaxşı açılıb. Maşallah, su daha yaxşı gəlir. Mən o bulaqdan hələ bir stəkan su içməmişəm. Allahın xalqa rəhmi gəlsin, o bulağın suyu kəsilməsin. İki ildir bizim kənd camaatı ağ günə çıxıb.

- Hansı kənddir?

- Qobustan royanu, Çuxanlı kəndi. Əkirlər, biçirlər, hamının qapısına su gedir. Allahın bu gününə şükür. Bax tac (Son günlər şou nümayəndələri arasındakı tac qalmaqalına eyham vurur-İ.V.) odur. Allah adama belə işlər qismət eləsin. Ay tac burda gəldi, filan şey oradan getdi.

- Sizə tac hədiyyə etsələr, imtina edərsiniz?

- Tacdır da, onun nə mənası var ki?! İnsan mənəviyyatının tacı olmalıdır. Başqa mənəviyyat, mənlik, əxlaq tacı olmalıdır. Əldə düzələn tacdan insan başına tac olmaz.

- Sosial şəbəkələrdə həyat yoldaşınızın sizdən 7 yaş kiçik olduğu... (Sözümü kəsir)

- İnsanları yaş fərqinə görə qınamaq doğru deyil. Mənimlə Elxanın arasında (həyat yoldaşı) 3-4 yaş fərq ola bilər. İnan ki, 15 yaş da fərq olsaydı, bunu normal qəbul edərdim. Çünki nə mən Xədicə anamızdan, nə də Elxan Peyğəmbərimizdən artıq deyilik. Odur ki, hansı yaşda ailə qurursan, qur, qadın əxlaqını, namusunu qorumalıdır. Əvvəl hamı deyirdi ki, bu gün varıq, sabah yoxuq. Amma mən deyirəm ki, bu gün varıq, bu gün olmaya da bilərik. Həyatda hər şey boşdur (kövrəlir).

- Belə düşüncənizə görə həmkarlarınız tərəfindən qınandığınız hallar olurmu?

- Mənimçün heç kimin fikri, düşüncəsi maraqlı deyil. Mənim bir düşüncəm var. Elnarə, əxlaqlı, vicdanlı olacaqsan, millətə, xalqa can yandıracaqsan, hər kəsə evindəkilər kimi hörmətlə yanaşacaqsan. Mən inanıram və dərk edirəm ki, hər şey gəldi gedərdi. Hər şeydən ötrü cavab verəcəyik. Bu qalmaqallar bizə lazımdırmı? Bir tikə çörəyimizi qazanaq, sakit yaşayaq, ölüb gedək də.
"Həyat yoldaşım məndən 15 yaş da kiçik ola bilərdi" - Əməkdar artis həyat yoldaşından danışdı - FOTO

Xəbərlər     Baxılıb: 2456   Tarix: 13 fevral 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

gelinlikler geymler 2026 geyim seçimi badımcan yeməyi parket döşəmələr sidik yolu infeksiyasi sabir haciyev kosmetika qaynana novruz bayramına aid kahfe falı ana haqqinda bayati zehmet ve zinet