"Həyat yoldaşım mənə aldığı maşını başqa qadına bağışladı
Xalq artisti Flora Kərimova şəxsi həyatı barədə maraqlı açıqlama verib.
Open.az xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətkar həyat yoldaşı Faiq Şəfiyevin ona hədiyyə etdiyi avtomobilin tarixçəsindən danışıb:
"Mənə həmişə çox bahalı zinət əşyaları hədiyyə edirdi, qəbul etmirdim. Bir dəfə də maşın gətirdi. Maşın iki gün həyətdə qaldı, üçüncü gün gələndə dedim ki, Faiq, ya maşını apar, ya da açarı həyətə atacağam. Atdım həyətə... O, bunu təhqir olaraq qəbul etdi. Maşını başqa bir qadına bağışladı. Həmin qadın da həyatda hər zaman ayağıma dolaşan biri idi. O qadın da atalığı rəhmətə gedəndə maşını satıb başdaşı düzəltdirdi".
Bu zaman aparıcı Lətafət Ələkbərova sözügedən şəxsin mərhum Xalq artisti İlhamə Quliyeva olduğunu bildirib. F. Kərimova isə "Ölənin arxasıyca danışmaram", - deyə şərh verib.










Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür