Hüseyn Dəryanın xanımı: "Oğlumu atasının məzarından ayıra bilmirəm" - FOTO
Mərhum reper Hüseyn Dəryanın həyat yoldaşı Sona İbadova və oğlu Cahangir Kənan M.M-in çəkdiyi filmin qala gecəsində iştirak edib. Ana və oğul fotokameramıza poz verib.
Xanim.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Sona oğlundan danışıb:
"Hüseynin ölümündən sonra bizimlə maraqlanan, kömək edən yeganə sənət adamı Kənandır. Oğluma həmişə dəstək olub. Cahangirin reper Dado ilə repləri lentə yazılıb. Gələcəkdə atasının sənətini yaşadacaq. Amma hələ ki, istəyirəm dərsləri ilə məşğul olsun. İngilis dili öyrənir, idmanla məşğul olur".
Cahangirin atasını unuda bimədiyini deyən Sona onu tez-tez atasının qəbrinə ziyarətə apardığını bildirib:
"Cahangir atasını unuda bilmir, tez-tez deyir ki, atamı görmək istəyirəm, gedək görək. Ayda 5-6 dəfə məzarını ziyarət edirik. Cahangiri atasının məzarından ayıra bilmirəm".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz