İfası ilə məşhurlaşan fəhlə Murtuza - VİDEO
Fəhlə iş arası oxuyur, iş yoldaşları maraqla qulaq asır. Başqa bir fəhlə isə şeirlə onu müşayiət edir.
Xanim.az xezerxeber.az-a istinadən bildirir ki, son günlər sosial şəbəkələrdə ən çox paylaşılan bu video izlənmə rekordu qırır. Yazılan şərhlərdə hamı bu insanların kimliyi ilə maraqlanır, oxuyan fəhlənin indiki müğənnilərdən daha şirin səsə sahib olduğunu qeyd edirlər.
Biz də həmin insanları axtarıb tapdıq və istədik ki, onları hamı tanısın.
60 yaşlı Saday Rzayev və 38 yaşlı Murtuza Məhərrəmov Laçın rayonundan məcburi köçkün düşərək, Bakıda məskunlaşıblar. Murtuza deyir ki, segah, muğam və təsniflərin demək olar ki, yarıdan çoxunu ifa edə bilir. Özü ifaçılıqla peşəkar məşğul ola bilməsə də, oğlunu musiqi təhsili alması üçün musiqi məktəbinə göndərir.
Fəhləliklə məşğul olan Murtuza həm işdə, həm də evdə oxuyaraq insanlara musiqi ziyafəti verməkdən zövq aldığını deyir.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz