İki min yaşı olan göz xəstəliyi

İki min yaşı olan göz xəstəliyiEl arasında "mirvari suyu" adlandırılan katarakta göz büllurunun bulanması, onun şəffaflığını itirməsidir. Xəstəlik zamanı gözə düşən işıq şüasının qarşısı alınır. Bu da gözün görmə qabiliyyətinin azalmasına, sonda isə görmənin itirilməsinə gətirib çıxarır. Başqa sözlə desək, katarakta müvəqqəti də olsa, gözdə korluq yarada bilən xəstəlikdir.
Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a oftalmoloq Hafiz Qəhrəmanov məlumat verib.
Oftalmoloqun sözlərinə görə, xəstəliyin yaranma səbəbləri müxtəlifdir: "Bunlar arasında birinci yerdə yaşlanmanı qeyd etmək olar. Çünki adətən katarakta yaşlı insanların xəstəliyi sayılır. İkinci yerdə mübadilə pozulmaları dayanır. Burada da əsas səbəb şəkərli diabetin olmasıdır. Bəzən hipertoniya da dolayısı ilə kataraktanın yaranmasına səbəb ola bilər. Səbəblər arasında növbəti yerləri travmalar, anadangəlmə kataraktalar tutur.
Katarakta kifayət qədər geniş yayılıb. Statistika və oftalmoloji praktika göstərir ki, əhali arasında ən çox əməliyyat məhz katarakta səbəbindən qeydə alınır. Ümumiyyətlə, xəstəliyin özünün çox qədim tarixi - təxminən 2 min yaşı var. Hətta qədim dövrdə də bilirdilər ki, kataraktanı müalicə etmək üçün bülluru çıxarmaq lazımdır".
H.Qəhrəmanov bildirib ki, xəstəliyin müxtəlif müayinə üsulları var. Müasir dövrdə əməliyyat əsasən büllurun fakoemulsifikasiyası üsulu ilə aparılır. Yəni, əməliyyat ultrasəs tətbiq olunmaqla kiçik kəsik vasitəsilə icra edilir. O diqqətə çatdırıb ki, insanlar çox zaman əməliyyatın heç bir kəsik olmadan şüa ilə aparıldığını düşünür, ona görə də buna bəzən lazer əməliyyatı deyirlər. Lakin bu, elə deyil. Kiçik, yəni 2-2,4 millimetr ölçülü kəsikdən gözün ortasındakı büllur parçalanır, xırdalanır və xaric olunur. Onun yerinə süni büllur, yəni linza implantasiya olunur. Linzanın seçilməsi hər göz üçün fərdidir. Əməliyyat öncəsi ultrasəs və biomaster cihazları ilə gözün özəllikləri, göstəriciləri yoxlanılır. Hər gözə, onun şüanı sındırma qüvvəsinə uyğun süni büllur seçilir və qoyulur.
Hazırda linzalar bir çox ölkələrdə hazırlanır. Akril adlanan materialdan hazırlanan premium linzalar çox mükəmməldir. Onlar insan orqanizminə heç bir zərər vurmadan, bioloji toxumalarla yanaşı, uzun illərboyu, hətta insanın ömrünün sonuna qədər gözün içərisində qalır və onun görmə funksiyalarını yüksək səviyyədə saxlayır.
Mütəxəssis qeyd edib ki, 20 il əvvələ nisbətən katarakta xəstəliyinin cavanlaşdığını demək mümkündür. Belə ki, katarakta əvvəllər yalnız 60-70 yaşdan yuxarı müşahidə olunurdusa, indi 40-45 yaş arasında da rast gəlinir. Bunun səbəbləri çoxdur - ətraf mühit çirklənməsi, qeyri-düzgün qidalanma, qidaların tərkibində olan vitamin çatışmazlığı və s. Xüsusilə havanın çirkliliyi, atmosferdə ultrabənövşəyi şüanın miqdarının artması büllurun erkən zədələnməsinə səbəb olur.
Lakin texniki vasitələr, monitorlar, telefon ekranlarının büllura birbaşa təsiri yoxdur. Monitorlar uzun müddət istifadə olunanda insan orqanizminə, xüsusilə də gözlərə zərər verir. Lakin onlar gözlərdə spazm, yorğunluq yaradır, orqanik dəyişikliyə və kataraktaya səbəb olmur.
Hafiz Qəhrəmanov hər kəsə gözlərini qorumağı məsləhət görüb: "Qaranlıqda mütaliə etmək, uzanıb kitab oxumaq tövsiyə olunmur. Gözləri çox yormamaq üçün oxu rejiminə daha diqqətli yanaşmaq, fasilə ilə oxumaq lazımdır. Qrip və ya digər xəstəliklər zamanı gözlərdə fəsadlar yaranarsa - qızartı, yaşarma, qaşınma və digər əlamətlər müşahidə olunarsa, özbaşına müalicə yerinə, həkimə müraciət etmək vacibdir. Çünki mütəxəssis tövsiyəsi olmadan göz damcılarından istifadə gözlərə daha çox ziyan vura bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1617   Tarix: 30 mart 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

həkim məsləhəti hamilelikde qidalanma toy makiyaji sekilleri manikür və pedikür saç kəsimləri 2026 hamiləlikdə uşağın cinsinin təyini ayaqqabı modelləri kosmetika vətənə aid yemek reseptleri opusme maraqlı bayati