"İki uşağım var, nə ər?! Ərə getmək fikrim yoxdur"- Rəqqasə Renka şəxsi həyatındakı gizlinləri açdı

"İki uşağım var, nə ər?! Ərə getmək fikrim yoxdur"- Rəqqasə Renka şəxsi həyatındakı gizlinləri açdıSon zamanların ən populyar rəqqasələrindən biri olan "Renka" - Rəna Ağamuradovanın GoldNews.az-a verdiyi maraqlı müsahibəni sizə təqdim edirik.

Salam Rəna xanım. Öncə rəqsə olan marağın, həvəsin necə yarandığını bilmək istərdim.

- Rəqsə olan həvəs məndə uşaqlıqdandır. Bunu uşaqlıq şəkillərimdən də görmək mümkündür. Bütün şəkillərimdə əllərim yuxarıda rəqs edirəm. Əvvəllər ərəb rəqsləri o qədərdə yaxşı qəbul olunmurdu. Səbr etdim düşündüm ki, bir gün qəbul edəcəklər. Hətta elə vaxtlar olurdu ki, bütün günü evdə rəqs edirdim. Bu gün də harda musiqi eşidirəmsə, mütləq qalxıb oynamalıyam.

Rəqsə olan marağınız ailədə necə qarşılanırdı?

- Əvvəllər xəbərləri yox idi rəqs etməyimdən, amma normal qarşılayırdılar. Mən hər zaman sübut etmişəm və edirəm də ki rəqs, oriental pis bir şey deyil. Nə olsun ki, mən hansısa qısa yubkanı geyinib rəqs edirəm. Guya indi heç kim toylara, restoranlara qısa geyinmir? İnsanlar çalışırlar ki, kimsə nəsə edəndə daşlasınlar, nəsə desinlər. Amma o qədər sevənlərim var ki, mənə yazırlar ki, sənə halaldır. Hətta deyirlər ki, bir videona 40 dəfə baxırıq. Düzdür neqativlər də var. Hazırda məndə neqativ daha azdır. Buna sevinirəm.

Peşəkarlardan dərs almısınız, yoxsa kimlərisə izləyərək öyrənmisiniz rəqs etməyi?

- Mən rəqs etməyi izləyərək öyrənmişəm. Bir dəfə Alla Kuşnirin yanında olmuşam. Ukraynaya getmişdim. Onunla birlikdə bir neçə dəfə master klass keçmişik. Onunla bir səhnəni bölüşdük. Mən ilanla rəqs etdim. Onlar şoka düşmüşdülər. Hazırda öz master klasslarımı keçirməyi düşünürəm.

Hazırki, rəqqasələrdən kimi özünüzə rəqib görürsünüz?

- Heç kimi. Onlar məni özlərinə rəqib görürlər.

Bəs, el şənliklərinə getməyə nə vaxtdan başladınız?

- Bir neçə dəfə məclislərə getdikdən sonra birdə onda oyandım ki, mən artıq, toylarda, xınalardan iştirak edirəm.

İstəyərdim bu ənənəvi sualımı da cavablandırasınız. Haralısınız?

- Sözün düzü, əslən naxçıvanlıyam. Mənə deyirlər ki, ləhcəm var. Əslində Naxçıvanda bir-iki dəfə olmuşam. Mən Rusiyanın Yekaterinburq şəhərində doğulmuşam. O mühitdə ətrafımda hər kəs naxçıvanlı idi deyə ləhcəmi də orada götürmüşəm. İndi bəzən mənə zarafat edirlər ki, lazım deyil sən azərbaycanca danışma. Artıq 5 ildir ki, Azərbaycanda yaşayıram.

Bildiyimiz kimi siz qərb rəqslərini də oynaya bilirsiniz. Niyə məhz ərəb rəqslərinin üzərində dayandınız? Gəlir sahəsi kimi bu rəqslər daha əlverişli idi yoxsa?

- Mən əvvəllər klublarda "go go" oynayırdım. Bəziləri buna striptiz deyir. Amma bu belə deyil. Bunda pis heçnə yoxdur. Sonra anladım ki, əsas təlabat ərəb rəqslərinədir. Hərdən mənə deyirlər ki, hind qızlarına bənzəyirsən hind rəqsləri et. Amma mən özümü hind rəqslərində tapa bilmirəm. Hətta çalışdım bu məndə alınmadı.

Necə oldu ki, döymə etdirmək qərarına gəldiniz?

- Məndə bir xasiyyət var. Həyatımda yeni bir məqam başlayanda nələrisə dəyişmək istəyirəm. Ya saçımı dəyişəcəm, ya yeni bir döymə etdirəcəm. Birdən gecə yerimdən qalxıb deyirəm ki, mən döymə etdirəcəm. Həmişə döymə arzum olub. Bir məqam oldu və mən bunu etdim.

Bu məqam nə idi? Yoxsa depresiyaya düşmüşdünüz?

- Bir imicdə, bir saçda çox gəzə bilmirəm. Adicə evdə əşyaların yerini tez-tez dəyişdirirəm. O qədər də depressiv insan deyiləm. Uzağı 2-3 gün depresiyada oluram. Sonra keçir.

Bildiyimiz kimi, ailəli olub boşanmısınız? Ayrılığa rəqs etməyiniz səbəb oldu?

- Yox. Mən ailəli olanda rəqs etmirdim. Elə lazım idi. 20 yaşımda ailə qurmuşdum. 6 il ailəli olmuşam. İki övladım: bir qızım və oğlum var. Qızımın gözəl plastikası var, lakin rəqqasə olmaq istəmir. Deyir mən kosmetoloq olacağam, səni qocalmağa qoymayacam.

Bəs yenidən ailə qurmağı düşünürsünüz?

- Yox, qətiyyən yenidən ailə qurmaq haqqında düşünmürəm. Sevgiyə inanmıram. Mənim iki uşağım var, nə ərə getmək. Hazırda heç kim inanmasa da həyatımda heç kim yoxdur. Buna heç kim inamır. Düşünürlər ki, Renkanın ətrafında çox adam var. Mənimlə eyni düşüncəyə malik insan tapa bilmirəm. Bəlkə də buna görə heç kim yoxdu həyatımda.

Renkaya heç bahalı hədiyyələr verən olub? Maşın, mənzil və s bu kimi qiymətli hədiyyə almısan?

- Yox verən olmayıb, olsa da qəbul etmərəm. İnanmıram da ki, kimlərəsə belə hədiyyələr verirlər.

Bəs Renkaya sevgi etirafları edənlər olur?

- Hə çox sevgi etirafı alıram. Sadə insanlar mənə öz sevgilərini elan edirlər. Bəzən mesajlar alıram. Yazırlar ki, yəqin ki, cavab verməyəcəksən filan. Deyirəm ki, niyə cavab verməyim ki, Madonna deyiləm ki.

Klublarda yenə rəqs edirsiz?

- Hazırda rəqqasələr çoxdu. Düzdü onlar məni pisləməklə, ləkə yaxmaqla elə bilirlər ki, gözdən sala biləcəklər. Deyirəm ki, qızlar Bakı böyük şəhərdir, hamımızın öz çörəyi var. Elə qızlar var ki, sırf klublarda oynayırlar, elələri də var restoranlarda. Bir-birlərini pisləyənləri başa düşmürəm. Mən indiyənə kimi heç bir rəqqasəni pisləməmişəm. Pisləsəm mənim üçün mənfi bir şey olar.

Bilmək olar Renka toylara neçəyə gedir?

- O, baxır mənim toyda və ya banketdə neçə saat rəqs edəcəyimə və mənimlə birlikdə gedən adamların sayına. Tək getsəm qiymət başqa, davulçuyla gedəndə tamam başqa olur. Elə yaxın insanlar olur ki, mən heç onlara qiymət demirəm. Mən özümü bahalı rəqqasə hesab etmirəm. Bəzən mənim toylara getdiyim qiyməti eşidənlər şoka düşürlər ki, bu qədər reklamın qarşılğında bu qədər ucuz qiymətə el şənliklərinə gedirəm. Elə rəqs paltarım var ki, qiyməti 3 min manatdır. Əvvəldən həmin qiymətə getmişəm. Qorxuram qaldırmağa.

El şənliklərində, toylarda içkili insanlar olur. Heç rəqs edən zaman sənə problem yaradanlar olubmu?

- Yox, problem olmayıb. Mən buna imkan verməmişəm. Elə hallar olub ki, mən özüm şıltaqlıq eləmişəm. Zarafatlarım olur. Buna görə məni çox istəyirlər. Bir dəfə belə bir xoşagəlməz hal yaşadım. İlanla rəqs edirdim. İçkili bir şəxs ilanımı tutub sıxdı. Məni sıxsaydı ondan yaxşı idi. Buna görə əsəbləşib məclisi tərk etmişəm ki, niye menim ilanımı sıxırsan.

Son zamanlar ölkəmizə gələn turistlərin sayı həddindən artıq çoxalıb. Xüsusən də ərəb ölkələrindən gələn turistlərin sayı çoxluq təşkil edir. Elə bir məclis olubmu ki, sırf ərəblər üçün rəqs etmisiniz?

- Hə bir dəfə olub. Ərəblər üçün təşkil olunmuş ziyafətdə onlar üçün rəqs etmişəm. Amma yenə də deyirəm qurban olum azərbaycanlılara.

Xəbərlər     Baxılıb: 3530   Tarix: 12 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Günəş kremi haqqında bilməli olduğunuz ən mühüm qaydalar

Ultrabənövşəyi şüalar sadəcə dəridə ləkələr yaradan bir "düşmən" deyil, həm də dəri xərçənginə yol açan gizli bir təhlükədir. Dr. Le Cao Tri vurğulayır ki, dərini qorumaq üçün doğru kremi seçmək və ondan düzgü

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

turlar.az

qadın geyimi geyim necə seçməli toy makiyajlari ehtiras gözəllik xəbərləri lobya tursusu qızlıq pərdəsi necə açılır kosmetika intim munasibetler novruz bayramı opusme kokelmek baldiza aid haxisda