İki uşaq atasının FACİƏVİ SONU: Söhbət etmək adı ilə çağırdılar, sonra...
İmişlidə qətl hadisəsi baş verib.
Xanim.az avropa.info-ya istinadən xəbər verir ki, hadisə saat 21:30 radələrində Zərifə Əliyeva küçəsi ilə Qadir İsmayılzadə küçəsinin kəsişməsində baş verib. İmişli sakini 1973-cü il təvəllüdlü taksi sürücüsü Ağayev Əhsən Kamal oğlunu, İmişli sakini 1991-ci il təvəllüdlü Süleymanov Elçin Malik oğlu bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.
İmişli sakinlərinin verdiyi məlumata görə, A.Əhsənlə Süleymanov Malik arasında bir neçə gün idi ki, münaqişə vardı. Bu gün də saat 21:30 radələrində A. Əhsəni Süleymanov Malik və oğlu S.Elçin söhbət etmək adı ilə çağırıb və yenidən mübahisə baş verib. Mübahisə zamanı S. Malikin oğlu S. Elçin bıçaq çıxararaq A.Əhsənə bir neçə zərbə endirib. Ətrafdakı insanlar tərəfindən İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılan Ağayev Əhsənin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədən Süleymanov Elçin Malik oğlu İmişli Rayon Polis Şöbəsinə gedərək təslim olub.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Qətlə yetirilən Ağayev Əhsən iki uşaq atası idi.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin