İmmun sistemini zəiflədən amillər - AQTA maarifləndirir

İmmun sistemini zəiflədən amillər - AQTA maarifləndirir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə " İmmun sistemini zəiflədən amillər " haqqında olacaq.
Güclü immun sistemi sağlamlığın vacib şərtidir. İmmun sisteminin fəaliyyəti yaş və qidalanmadan asılı olaraq dəyişir. İmmun sistemin zəifləməsinə səbəb olan bir sıra amillər də var:
Ümumi gigiyena qaydalarına əməl etməmək və ya ifrat dərəcədə əməl etmək - Əllərin, dırnaqların, dişlərin, geyim və əşyaların təmiz saxlanması gigiyenanın əsas şərtidir. Ətrafdakı bakteriyalar, viruslar orqanizmə əllər, çirkli əşyalar, yaxşı yuyulmamış ərzaqlar vasitəsilə daha çox daxil olur ki, bu da müxtəlif xəstəliklərin yaranması ilə nəticələnir. Hər bir kəs şəxsi gigiyena qaydalarını vərdişə çevirməklə öz sağlamlığını qorumağı bacarmalıdır. Ətraf mühitin sterilliyi artdıqda da immun sistemin funksiyaları pozulur və avtoimmun xəstəliklərin inkişaf etmə ehtimalı yüksəlir. Hətta məişətdə ağardıcı təmizlik məhsullarının həddindən artıq istifadəsi uşaqların immun sistemini zəiflədir və nəticədə tez-tez xəstələnmələrinə səbəb olur.
Xroniki xəstəliklər - Diabet, xroniki böyrək, qaraciyər və s. xəstəliklərin uzun müddət davam etməsinin immun sistemə mənfi təsiri böyükdür.
Xroniki stress - Davamlı stress, gərginlik orqanizmin xəstəliklərə qarşı həssaslığını artırır, immun sisteminin fəaliyyətini aşağı salır.
Yuxusuzluq - Yuxu insan sağlamlığında, o cümlədən immun sistemin fəaliyyətində böyük rol oynayır. Yuxu rejimi pozulduqda orqanizmdə stress halında adrenalin və kortizol hormonların səviyyəsi artırır və nəticədə immun sistemi zəifləyir. Həmçinin immunizasiya aktivliyi ləngiyir ki, bu da antitellərin ifrazını və immun cavab reaksiyasının sürətini gecikdirir.
Siqaret və narkotik istifadəsi, alkoqolun qəbulu, az hərəkətli həyat tərzi, artıq çəki kimi faktorlar immun sisteminin zəifləməsində aparıcı rola malikdir.
Şəkərdən istifadə - Həddindən artıq şəkər qəbulu immun sistemin fəaliyyətinə mənfi təsir edir, orqanizmin infeksiyalara qarşı müdafiəsini azaldır.
Balanslaşdırılmamış və ya tək tip qidalanma - Normadan artıq, qeyri-sağlam qidalanma immun sistemin fəaliyyətini aşağı salan diabet və piylənmə riskini artırır. Arıqlamaq üçün pəhriz saxlayanların az və ya tək tip qidalanması, həmçinin mikroelement və vitaminlərin qida rasionunda çatışmazlığı immun sistemin funksiyasını azaldır və bu da bədənin xəstəliklərə qarşı müqavimətini zəiflədir.
Mövsüm dəyişikliyi - Fəsil dəyişməsi immun sistemin fəaliyyətinin zəifləməsinə ciddi təsir göstərir.
Avtoimmun xəstəliklər (revmatoid artrit və Kron xəstəliyi) zamanı istifadə edilən dərmanlar - Avtoimmun xəstəliyi immun sisteminin komponentlərinin orqanizmin öz hüceyrələrini tanımaması nəticəsində yaranır və nəticədə kəskin allergik reaksiyalara səbəb olur. Buna görə də immun sisteminin fəaliyyətini zəiflətmək üçün istifadə olunan dərmanlar çox zaman sonradan qazanılmış immun sisteminin çatışmazlığına gətirib çıxarır.
İltihabi xəstəliklər zamanı istifadə olunan steroid tərkibli dərmanlar - Dərmanların yüksək dozalarda uzun müddət istifadə olunması immun sistemini zəiflədə biləcək amillərdəndir. /news.milli.az

Xəbərlər     Baxılıb: 1237   Tarix: 30 aprel 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

yay geyimləri 2026 gelinlikler makiyaj etmek qaydalari terxun kompotu süfrə mədəniyyəti toy ucun qisa donlar 2026 ci ilin debi kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır usaq seirleri baldiza aid hakisda sirniyatlar həsən bəy zərdabi