İmmunitet anadangəlmə və sonradan qazanılmış olur

İmmunitet anadangəlmə və sonradan qazanılmış olurPayız və qış aylarında istər böyüklər, istərsə də uşaqlar arasında tez-tez qripəyoluxma halları baş verir, soyuqdəymədən əziyyət çəkənlər çoxalır. Çox vaxt da dərman qəbul etmədən xəstəliyin candan çıxmayacağını düşünürlər. Halbuki immun sistemini qorumaq və gücləndirməklə müəyyən xəstəliklərdən yaxa qurtarmaq olar.
Həkimlərin dediyinə görə, immunitet anadangəlmə və sonradan qazanılmış olur. Hər kəs doğulanda onda müəyyən immun reaksiyaları formalaşır və bu, anadangəlmə immunitet sayılır. Qazanılmış immunitet isə orqanizmin illər boyu hər hansı infeksion xəstəliyə qarşı reaksiyasıdır.
Milli.Az bildirir ki, pediatr-infeksionist Aytən Ziyadova AZƏRTAC-a deyib: "Hansısa bir xəstəliyə tutulanda immun hüceyrələri nəticəsində həmin infeksiyaya qarşı davamlılıq əmələ gəlir. Qripdə də belədir. Lakin qrip xəstəliyinin törədicisi hədsiz çox olduğuna görə hansısa bir infeksiyaya qarşı immunitet əmələ gəlməsi digər törədicilərə qarşı immunitet əmələ gəlməsinə səbəb olmur və nəticədə dalbadal qrip infeksiyasına yoluxma halları baş verir. Bu, müxtəlif törədicilərlə qrip infeksiyasına yoluxmaq nəticəsində baş verir".
İmmunitetin güclü olmasında ana südünün də çox böyük rolu var. Uşaqlara 2 yaşınadək ana südü verilməsi çox əhəmiyyətlidir. Pediatr-infeksionist bildirib ki, anticisimlərlə zəngin ana südü körpənin ilk peyvəndi sayılır və onu bır sıra xəstəliklərdən qoruyur: "Ana südü sterildir və daim istifadəyə hazırdır. Ana südünün tərkibində olan qidalar, vitamin və minerallar uşağın formalaşmasında və immunitetin əmələ gəlməsində vacib rol oynayır. Ana südünün tərkibində olan həzm fermentləri mübadiləsini normalaşdırır və körpə ana südünü daha yaxşı həzm edir".
Mütəxəssislər deyirlər ki, hər kəs öz immunitetini qaldıra bilər. Normal qidalanma, meyvə və tərəvəzlərə daha çox üstünlük vermək, təmiz havada çox olmaq və idmanla məşğul olmaq müəyyən qədər olsa da, immunitetin möhkəmlənməşinə gətirib çıxarır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1382   Tarix: 12 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

qis geyimləri 2026 sade makiyaj sekilleri geyim seçimi viktoriya sekret kök suyu dolmalar ciyer qovurma kosmetika uzeyir hacibeyli bayatı arxadan olmag eqreb bürclər