"İndiki qızlarımız, oğlanlarımız bir-birində "elektrik" axtarır
"Mentalitet qaldı o tərəfdə. Bu gün mentalitetə baxan yoxdur. İndiki qızlarımız, oğlanlarımız bir-birində "elektrik" axtarır. Deyirlər ki, mən "elektrik" almadım. Biz istəyirik ki, qızımız, oğulumuz evlənsin. Onların psixoloji durumuna fikir vermirik".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova AzTV-də yayımlanan "Çıxışa doğru" proqramında deyib.
O, qadına qarşı şiddətə həsr olunmuş verilişdə bunları söyləyib: "Elə yer var ki, qızın 25 yaşı keçibsə, evdə qalmısan deyirlər. Niyə qalıb ki? Düzdü, problemin hamısını valideyinlərin üstünə yıxmaq lazım deyil. Ana var ki, deyir ki, qızım, səni döyürlər, gəl, səni aparım evə. Amma elə övlad var ki, səni onların ayağına verir. Deməli, o övlad döyülmək, söyülmək və təhqir olunmaq istəyir. O övladın dalınca kim getsin?
Deyirik ki, bütün günahlar kişilərdədir. Axı, biz qadınlar da höcətlik edirik. Qayınana gəlinlə bacarmırsa, neyləməlidir? Yaxud qayınana və qayınata gəlini təhqir edəndə oğlan qarışmır. Halbuki deyə bilər ki, bu gəlin sənə neylədi ki, onu döydün, təhqir elədin? Belələrinin ürəyindən olur. Deyir ki, əşi, qoy etsinlər. Bilsəm ki, evimdə bütün günü döyülürəm, əzab çəkirəm, gedib koronavirusa yoluxaram".(axşam.az)









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı