İntim səhnələri müzakirə edilən Sevinc: "Öpüşürsən, bir cür, öpüşmürsən də başqa cür..." - VİDEO

İntim səhnələri müzakirə edilən Sevinc: "Öpüşürsən, bir cür, öpüşmürsən də başqa cür..." - VİDEOAktrisa Sevinc Əliyevanın baş rolda çəkildiyi "Dalan" filmindəki bəzi səhnələri müzakirə mövzusu olub.

Xanim.az publika.az-a istinadla xəbər verir ki, aktrisanın bu filmdəki intim səhnələri diqqət çəkib. Hazırda "Dağıntılar altında" serialında çəkilən ulduz bu barədə açıqlama verib. "Dalan" filmi haqqında danışan aktrisanın sözlərinə görə, intim səhnələri ilə yayılan söhbətlər əsassızdır, çünki zənn edilən kadrlar yoxdur:

"Filmin çəkilişləri yaxşı keçdi, əksəriyyəti Novxanıda bir villada baş tutdu. Bəzi günlər çəkilişlər səhərə qədər davam edirdi. Buna baxmayaraq, zövq alırdım. Ümumiyyətlə, rejissor Elvin Rütəmzadə və ssenari müəllifi Səbinə Əhmədova sayəsində komandamız bir-biri ilə çox mehriban olmuşdu.

Psixoloji baxımdan mürəkkəb səhnələr də var idi, canlandırdığım Arzu obrazı mənim xarakterimə tamamilə zidd personajdır. Tərəf müqabilim Ziya Ağa bu məsələdə mənə çox dəstək oldu.

Müəyyən mənada intim adlandırılan səhnələr artıq böyük səs-küy yaradıb. Filmə baxmamış yazılan iradları qəbul etmirəm. Qoy film nümayiş olunsun, ondan sonra kimsə tənqid etsə, bu barədə düşünmək olar. Treylərin bir neçə saniyəlik hissəsindəki bir səhnədən nəticə çıxarıb tənqid etmək düzgün deyil".

Daha sonra ulduz özünə qoyduğu qadağalardan danışıb:

"Sənətə gəldiyim ilk gündən özümə qoyduğum qadağalar var ki, onlara hələ də sadiqəm. Ekran qarşısında bədənimin çılpaq görünməsinə razı olmaram. Bu günə qədər nəinki filmdə, hətta sosial şəbəkələrdə də kupalnikdə olan şəkil paylaşmamışam. Qaldı ki, dodaq-dodağa heç vaxt öpüşmərəm. Bu mövzular məni həmişə narahat edir.

Bir neçə ay əvvəl bir aktrisanın müsahibəsini oxudum, o, etiraf etmişdi ki, əgər yüksək qonorar alarsa, filmdə intim səhnələrə çəkilməyə razı olar, bu, onun üçün problem deyil. Hörmət etdiyim bir aktrisadır, lakin sosial şəbəkədə onun haqqında elə sözlər yazılmışdı ki, oxuduqca dəhşətə gəlirdin. Daha nələr yazmadılar...

Bir müddət sonra eyni sualla mənə müraciət etmişdilər. Bildirdim ki, yaşım, analıq statusum və ailə vəziyyətim belə səhnələrə çəkilməyə imkan vermir. 3 övladım var, o yaşım keçib. Bundan əlavə mənim üçün tabular deyilən məsələlər var, sevgi və xəyanəti göstərə bilərəm, amma digər açıq səhnələri canlandıra bilmərəm. Bu müsahibəmin altında isə tamamilə başqa fikirlər və iradlar yazılmışdı. "Aktrisa deyilsən, oynamalısan", "Niyə aktrisa olmusan, get bozbaşını bişir də" kimi rəylər bildirmişdilər. Biz nə etsək də, insanları 100 faiz razı sala bilmərik. Öpüşürsən, bir cür pis olursan, öpüşmürsən də başqa bir cür pis olursan. Bütün bunlara baxmayaraq, sənətdən küsmürəm, kiməsə görə aktrisa olmamışam ki, nələrəsə görə aktrisalıqdan gedim".

Şou Biznes     Baxılıb: 2267   Tarix: 06 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

.

Qarabağa köçən məşhurlar - SİYAHI

İşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var. Qarabağ

.

Okan Buruk haqqında sürpriz sevgi İDDİASI: Onları görün kim tanış edib

"Qalatasaray"ın baş məşqçisi Okan Burukun türk əsilli rus qadını Ayris Kurteşlə yeni münasibətə başladığı iddia edilib. Şayiələrə görə, onların görüşünü və sonrakı yaxınlığını İrfan Sarıoğlu təşkil edib. . -a istinadə

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Nuran yeni layihəsini təqdim etdi

Müğənni Nuran yeni layihəsini təqdim edib. . xəbər verir ki, sənətçi növbəti dəfə 200-ci illərin əvvəllərinə üz tutub. . O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan "Günahından keçmərəm" mahnısına yen

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

turlar.az

sade makiyaj sekilleri gelinlikler toy makiyajlari praktik reseptler qadin dunyasi kulinariya şəfalı otlar kosmetika xerceng ariqlamaq bürcler qadin.az gunay