İqlim dəyişikliyinin ağciyər xəstəliklərinə təsirləri
"İqlim dəyişiklyi qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsinə, ekstremal hava hadisələrinə, bioloji müxtəlifliyin azalmasına, qida təhlükəsizliyinin pozulmasına, su ehtiyatlarının azalmasına, köç və məcburi yer dəyişməyə səbəb olur".
Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri pulmonoloq Günay Əliyeva deyib.
Onun sözlərinə görə, bu dəyişiklik dünyamıza, atmosferə, həm də bütün canlılara təsir edir:
"Lakin iqlim dəyişikliyi bütün dünyada bərabər şəkildə deyildir, hər bir orqanizmdə eyni dərəcədə təsiri olmur.
Aromatik ədviyyatlarla qeyri-adi balqabaq tortu resepti
Yüksək keyfiyyətli zeytun yağını saxtadan necə ayırd etmək olar: faydalı MƏSLƏHƏTLƏR
Toyuq ilə pendir şorbası: dadlı və tez
Havanın temperaturunun yüksəlməsi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Hətta zaman-zaman bəzi epidemiyalar iqlim dəyişikliyi ilə əlaqələndirilib. Məsələn, 1977-ci ildə Kaliforniyada küləklə yayılan koksidioidomikoz, 1999-2000-ci illərdə Panamada hantavirus, 2010-2012-ci illərdə Türkiyədə tulyaremiya, 2011-ci ildə Yaponiyada sunamidən sağ qalanlarda müşahidə edilən aspergilloz epidemiyası".
Həkim bildirib ki, iqlim dəyişikliyinin ağciyər sağlamlığı üzərindəki təsiri partikullar və ozonla əlaqəlidir:
"Bir çox tədqiqatlar ozonun təngnəfəslik, xırıltı və öskürək, aşağı tənəffüs yollarının infeksiyaları, ağciyər funksiyasında kəskin və keçici azalmalar, tənəffüs yollarının həssaslığının artması, zədələnməsi və iltihabı, sistem oksidləşdirici stres kimi tənəffüs simptomlarına təsirini göstərib. Beləliklə də, bronxial astma və ağciyərlərin xroniki obstruktiv xəstəliyinin simptomları müşahidə olunur".
Milli.Az









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz