İşdən çıxarılan generalın ərköyün oğlunu cəzalandıran polisə VƏZİFƏ VERİLDİ

İşdən çıxarılan generalın ərköyün oğlunu cəzalandıran polisə VƏZİFƏ VERİLDİBakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib.
Xanim.az bildirir ki, avtosfer.az-ın DYP-dən əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə İdarənin Axtarış şöbəsinin rəisi, polkovnik-leytenant Zaur Cəfərov tutduğu vəzifədən azad edilib. O, Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib. Bakı şəhər DYP-nin inspektoru, polis mayoru Yasir Qurbanov isə İdarənin Axtarış şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zaur Cəfərov əvvəllər Səbail rayon DYP-nin rəisi olub. Bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək sərəncama göndərilmişdi.

Yasir Qurbanovun adı isə son günlərin gündəmi sayılan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucovun işində hallanır.

Bir neçə ay öncə məlumat vermişdik ki, Bakıda generallardan birinin oğlu avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququndan məhrum edilib. O vaxt həmin generalın kimliyi barədə geniş məlumat almaq mümkün olmasa da, dünən ortaya çıxan rəsmi faktlar göstərdi ki, həmin general oğlu Rüstəm Orucov imiş.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dəfələrlə avtoxuliqanlıq etdiyi üçün saxlanılan Rüstəm Orucov atasının dəstəyi ilə məsuliyyətdən kənarda qala bilirmiş. Lakin sonuncu dəfə onun işi mayor Yasir Qurbanovun əlinə düşüb. İşində qətiyyət göstərən Yasir Qurbanov general Novruzəli Orucovun basqılarına baxmayaraq öz işini qanun çərçivəsində görüb və məhkəməyə tutarlı faktlar təqdim edib. General Novruzəli Orucov məhkəməyə də təsir etməyə çalışsa da, hakim yol polisinin təqdim etdiyi sübutları əsas götürərək general oğlu Rüstəm Orucovun sürücülük hüququnu 2 il müddətinə məhdudlaşdırıb.

Əslində, həmin vaxt generalın oğlu inzibati qaydada həbs də oluna bilərdi. Lakin atası buna imkan verməyib. Yol polisinin inadkarlığını görən general Novruzəli Orucov oğlunun sürücülük hüququnun bərpa edilməsi üçün yuxari instansiyalara şikayət etsə də, istəyinə nail ola bilməyib və qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Baş Prokurorluğun Rüstəm Orucovla bağlı yaydığı rəsmi açıqlamada da onun sürücülük hüququ olmadan avtomobil idarə etdiyi təsdiq olunur.

General Novruzəli Orucov isə Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad olunandan sonra verdiyi açıqlamada övladını ərköyün böyütdüyünü və bununla da səhvə yol verdiyini etiraf edib.

Xəbərlər     Baxılıb: 1618   Tarix: 13 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi qis geyimləri 2026 gozel gorunmek atalar sozleri ve meseller tutun faydalari həzm orqanları ehtiraslandiran sozler kosmetika rus dilini oyrenek 2ci ders faydalı məsləhətlər kurtlar vadisi novruz hakıştası webnem tovuzlu