İshal və qusma uşaqlar üçün təhlükəlidir! VALİDEYNLƏRƏ TÖVSİYƏLƏR

İshal və qusma uşaqlar üçün təhlükəlidir! VALİDEYNLƏRƏ TÖVSİYƏLƏRAğır ishal və qusma zamanı uşaq xeyli miqdarda su, onunla birlikdə isə mineral duzları itirir.
Bu hal orqanizmin susuzlaşması adlanır. Uşaqda bədənin güclü şəkildə susuzlaşması çox qısa bir müddət ərzində onun həlak olması ilə nəticələnə bilər. YADDA SAXLAYIN - uşaq nə qədər kiçik olarsa, onun orqanizmi su və mineral duzların itirilməsinə qarşı daha həssas şəkildə reaksiya verir, onun vəziyyəti isə daha ağır olur.
Uşaqlarda çoxsaylı ishal və qusma əksər hallarda kəskin bağırsaq infeksiyasının (KBİ) əlaməti olur. KBİ zamanı uşaqlarda üşütmə, soyuq tər, hərarətin xeyli yüksəlməsi və hətta qıcolmalar da müşahidə edilə bilər. Belə halda dərhal uşağı nəzarətdə saxlayan pediatrı evə dəvət etmək və ya "təcili yardım" çağırmaq lazımdır. Kəskin bağırsaq infeksiyası olan uşağı yalnız həkim müalicə etməlidir!!!
Həkim gələnə qədər heç bir halda uşağa ishalı aradan götürən və qusmaya qarşı olan dərmanlar verməyin - orqanizmə daxil olan zəhərlər və toksinlər qusma və ishal zamanı bədəndən xaric olur. Uşağa həmçinin ağrıkəsicilər və s. dərmanlar vermək və onu yedizdirmək də olmaz. Uşağın nəcisini mütləq saxlayın (pampers və ya güvəcdə) və həkim gəldikdə ona göstərin.
Orqanizmin susuzlaşmasının əlamətləri:
- uşaq yuxulu, əzgin, süst olur;
- dəri quru, avazımış olur, büzüşür və bu büzüşlər çətinliklə hamarlanırlar;
- ağız boşluğunun selikli qişası quru və parlaq olur;
- dil quru, qatı, yapışqan seliklə örtülü olur;
- gözlər sönük, axan, körpələrdə əmgək bir qədər batmış olur.
Bədənin susuzlaşması artdıqca, uşağın vəziyyəti daha da ağırlaşmağa başlayır - güclü istilik əmələ gəlir, uşaq su içməkdən imtina edir və demək olar ki, sidiyə getmir, bəzən uşaqda qıcolmalar və sayıqlamalar baş verir.
Məhz buna görə, uşaqlarda qusma və ishal baş verdikdə mütləq evə pediatrı çağırın. Əgər uşağın vəziyyəti tez pisləşirsə, qusma və ishal tez-tez təkrarlanır, fasiləsiz xarakter alırsa, dərhal "təcili yardım" çağırın!
Uşaqda çox da güclü olmayan ishal və qusma zamanı ilk tibbi yardım bunlardan ibarətdir:
1. Uşağı 1 dəqiqə də olsa nəzarətsiz qoymayın. Qusma zamanı maye tənəffüs yollarına düşərək uşağın həlak olmasına səbəb ola bilər.
2. Qusma baş verərkən uşağı otuzduraraq bədənini bir qədər önə əymək lazımdır (bununla siz qusuntu kütlələrinin tənəffüs yoluna düşməsinin qarşısını almış olursunuz). Əgər uşaq xeyli zəiflədiyi üçün otura bilmirsə, onu yatağa uzatmaq və bu zaman başını mütləq yana çevirmək, balışı götürmək lazımdır.
3. Əgər uşağın hərarəti yüksək olarsa, onu mütləq aşağı salmağa cəhd edin (yaşına uyğun olan dozada hərarətsalan dərman verin və ya uşağın düz bağırsağına şam qoyun).
4. Hər nəcis ifrazından sonra kiçik uşağı ilıq su ilə yuyun, dərisini toxundurucu hərəkətlərlə dəsmalla qurudun və xüsusən də anal dəlik ətrafına uşaqlar üçün olan xüsusi krem sürtün.
5. Uşağa "smekta" preparatını verin. 1 yaşınadək olan uşaqlara smekta preparatını günə 1 paket olmaqla, 1 yaşından 2 yaşınadək günə 2 paket olmaqla, 2 yaşından yuxarı olanlara isə günə 2-3 paket olmaqla təyin edirlər. 1 smekta paketini 50 ml qaynadılmış ilıq suda həll edib gün ərzində 1 neçə dəfə uşağa içirtmək lazımdır.
6. Uşağa mütləq su balansını bərpa edən məhlullar (məsələn, "rehidron") içizdirin. Rehidron paketini 1 litr qaynanmış ilıq suda həll etmək lazımdır. Mayenın bir neçə qaşığını (körpələrdə - 2-3 çay, bir qədər böyük uşaqlarda - 2-3 xörək qaşığı) uşağa hər qusmadan və ya ishaldan sonra az miqdarlarda içizdirmək lazımdır. Dehidratasiya üçün olan mayeləri birdən çoxlu miqdarda içizdirmək olmaz! Bu, qusmaya səbəb ola bilər.
7. YADDA SAXLAYIN! Əgər uşağın 1 yaşı tamam olmayıbsa, ona duzlu məhlulları verməmişdən əvvəl 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırmaq lazımdır! Uşaqda susuzlaşma əlamətləri əmələ gəldikdə isə dərhal "təcili yardım" çağırmaq lazımdır!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1551   Tarix: 04 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

adlarin menasi gözəllik məhsulları yaz geyimleri 2026 qonaq otağı üçün pərdələr agil haqqinda atalar sözləri gelinlikler tursu qovurma kosmetika aysel veten haqqinda bayati big.az atalar sözü laylalar