İslami qaydalara görə kişi və qadınlarda geyim ədəbi

İslami qaydalara görə kişi və qadınlarda geyim ədəbiİslami qaydalara görə kişi və qadınlarda geyim ədəbi haqqında məlumatlar

Səhabələr oğlan uşaqlarının ipək paltarlar geyinməməsi məsələsində diqqətli hərəkət edirdilər.

İmam Kəsani ipək paltar geyinməyin kişilərə haram buyrulması ilə bağlı belə deyir: "Kişilər üçün ipək paltar geyinməyin haram olması məsələsində yaşı az olan oğlan uşaqları ilə yetkin kişilər arasında fərq yoxdur. Çünki Rəsulullah (s) "İpək və qızıl ümmətimin kişilərinə haram edildi" buyurmaqla həmin hökmü bütün kişilərə aid etmişdir. Lakin ipək paltar geyinən kiçik oğlan uşağının günahı uşağa yox, bu paltarı ona geyindirənə yazılır. Çünki bu yaşda olan uşaq mükəlləf deyil və məsuliyyət daşımır. Eyni zamanda verilən içkini içən uşağın günahı uşağa yox, həmin içkini ona verənin üzərinə yazılır. Paltar məsələsi də belədir" (Kəsani, "Bədaius-Sanai", 5/131).

Maddi imkan və gücü kifayət qədər olan insanların bu maddi imkanlarını əks etdirəcək şəkildə geyinməsi təkəbbür və lovğalıq mənasına gəlmir. Hətta insanın maddi gücünü göstərəcək şəkildə geyinməsinin insanlara Allahdan gələn bir haqq olduğu xatırlanmalıdır.

Səhabələrdən Əvf ibn Malik atasından belə nəql edir: "Əynimdə adi paltar olduğu halda Rəsulullahın (s) yanına gəlmişdim. Məndən soruşdu:

"Sənin malın yoxdurmu?"

Mən "Var!" dedikdə "Hansı növ maldandır?" deyə soruşdu. Mən yenə "Allah hər cür maldan mənə vermişdir. Dəvə, öküz, xırdabuynuzlu heyvanlar, at və kölə" dedikdə belə buyurdu:

"Elə isə Allah sənə bir mal verdiyi zaman bu nemətin əlaməti sənin üzərində görünməlidir!" (Nəsai, "Zinət", 83, (8, 196); Tirmizi, "Birr", 63 (2007)).

Rəvayətlərdən Rəsulullahın (s) kaftan (üst paltarı, xalat) kimi paltarlar geyindiyi aydın olur. Misvər ibn Mahrəmənin rəvayətinə görə, Rəsulullah (s) səhabələrinə bir qism kaftanlar payladı. Lakin Misvərin atasına (Mahrəməyə) heç nə vermədi. Bundan sonra atam: "Gəlin, Rəsulullahın (s) yanına gedək!" dedi və birlikdə getdik. Ora çatdıqda mənə belə dedi: "İçəri gir və Rəsulullaha (s) gəldiyimi bildir!" Mən də xəbər verdim. Rəsulullah (s) əynində payladığı kaftanlardan biri ilə qarşımıza çıxdı və belə buyurdu: "Bunu sənin üçün saxladıq". Sonra Rəsulullah (s) atama baxdı və "Mahrəmə razı oldu!" dedi (Buxari, "Fazlul-Xumus", 11, "Libas", 12; Müslim, "Zəkat", 129, (1058); Əbu Davud, "Libas", 4, (4028); Tirmizi, "Ədəb", 53, (2819); Nəsai, "Zinət", 100, (7, 205)).

Kaftan formasında olan paltarlar geyinməklə yanaşı Rəsulullahın (s) zolaqlı parçalardan olan paltarları xoşladığı da aydın olur. Ənəs (r) belə nəql edir: "Rəsulullah (s) ən çox hibərə (çubuqlu Yəmən parçası) geyinməyimizi çox xoşlayırdı" (Buxari, "Libas", 18; Müslim, "Libas", 32; (2079); Əbu Davud, "Libas", 15, (4060); Tirmizi, "Libas", 45; (1788); Nəsai, "Zinət", 95, (8/203)).

Rəsulullahın (s) ən gözəl paltarlar geyinməsi də rəvayət olunur. Rəsulullahın (s) bu hərəkəti səhabələrin sonrakı həyatlarında onların geyim tərzinə də təsir etmişdi. İndi qeyd edəcəyimiz rəvayət yalnız bu vəziyyəti təsdiq etmir, həmçinin təmsilçilik funksiyası olan vəzifələrdəki insanların xüsusən yaxşı və gözəl tərzdə geyinmələrinin zəruri olduğunu bildirir. İbn Abbas belə nəql edir: "Həruriyyə (xaricilər) çıxdıqda Əlinin (r) yanına gəldim. Mənə belə dedi: "O adamlara baş çək!" Mən də Yəmən geyimlərinin ən gözəlini geyindim. Hərurilərin yanına gəldim. Onlar mənə dedilər: "Xoş gəldin, ey İbn Abbas! Bu, nə paltardır geyinmisən?" Mən: "Məni məzəmmət edirsiniz? Mən Rəsulullahın (s) əynində mümkün olan ən gözəl paltarı gördüm!" dedim (Əbu Davud, "Libas", 8, (4037)).

Təzə paltar geyinməklə bağlı ədəb qaydalarından biri də dua etməkdir. Bu dua insanın Allah tərəfindən qorunmasında vacib bir səbəbdir. Əbu Umamə belə nəql edir: "İbn Ömər (r) təzə paltar geyinmişdi və belə dua edirdi: "Ayıb yerlərimi örtdüyüm və həyatda gözəlliyimi təmin etmiş paltarı mənə nəsib edən Allaha şükürlər olsun". Sonra belə dedi: "Mən Rəsulullaha (s) qulaq asdım: "Kim təzə paltar geyinib belə dua etsə və sonradan köhnə olan paltarı sədəqə kimi versə, həm həyatda, həm də vəfat etdikdən sonra Allah tərəfindən qorunar" (Tirmizi, "Daavat", 119, (3555); İbn Macə, "Libas", 2, (3557)).

Rəsulullahın (s) əsasən sarı paltarları xoşlamadığı bildirilir. Əlinin (r) bir rəvayətinə görə, Rəsulullah (s) sarı rəngli paltar geyinməyi ona hətta qadağan etmişdi. Lakin bunu da qeyd etməliyik ki, bu qadağa ümumi deyil, xüsusi idi. Əli (r) də bu məsələyə diqqət yetirirdi. Belə ki: "Rəsulullah (s) mənə qızıl üzük taxmağı, sarı rəngdə paltar geyinməyi qadağan etdi". Əbu Davudun rəvayətində Əli (r) belə buyurur: "Bu qadağanın (sarı paltar geyinməyin) sizə də aid olduğunu demirəm" (Muslim, "Libas", 31 (2078); "Muvatta", 28, (1, 80); Əbu Davud, "Libas", 11, (4044, 4045, 4046, 4060), Hatim, 4, (4225)).

Lakin buradan belə aydın olur ki, Rəsulullahın (s) bu xüsusi qadağası bəzi səhabələrə də aid olmuşdu. Amr ibn As (r) belə nəql edir: "Rəsulullah (s) əynimdə sarı rəngdə iki paltar gördü və belə buyurdu:

"Bunu sənə anan əmr etdi?"

Mən dedim:

"Mən onları yuyaram".

Rəsulullah (s) isə belə buyurdu:

"Onları həm də yandır!" (Muslim, "Libas", 28).

Başqa bir rəvayətdə isə Rəsulullah (s) belə buyurur: "Bunlar qeyri-müsəlmanların paltarlarındandır, onları geyinmə" (Muslim, "Libas", 27).

Bəzi alimlər uşaqların geyəcəkləri paltar haqqında belə buyururlar: "Oğlan uşaqlarına ipək və rəngli yox, ağ paltarlar geyindirmək lazımdır. Haqqında söhbət edilən (yəni ipək və rəngli) paltarların qadınlara və qadın kimi davranan kişilərə aid olduğu, kişilərin bunlardan çəkinməsinin zəruri, yəni bunların məkruh olması uşaqlara başa salınmalıdır. Uşaq gözəl və bahalı paltarlara alışdırılan digər uşaqlardan qorunmalıdır".

İpək paltar müsəlman kişilərə haram edilib. Əli (r) belə nəql edir: "Rəsulullah (s) bir qədər ipək götürüb sağ ovcuna qoydu, bir qədər də qızıl götürüb sol ovcuna qoydu və belə buyurdu: "Bu iki şey ümmətimin kişilərinə haramdır" (Tirmizi və Nəsaidə Əbu Musadan gələn digər rəvayətdə belə buyurulur: "Ümmətimin kişilərinə ipək paltar və qızıl haram, qadınlara isə halal edildi") (Əbu Davud, "Libas", 14, (4057); Nəsai, "Zinət", 40 (8, 160)).

Lakin bəzi xüsusi hallarda ipək paltarın geyilməsi ilə bağlı şəxsən Rəsulullahın (s) icazəsi var. Bir rəvayətdə belə deyilir: "Rəsulullaha (s) bitdən şikayət olundu. Rəsulullah (s) da onlara iştirak etdiyi döyüşlərdə ipək köynəklər geyinməyə icazə verdi" (Buxari, "Libas", 29, "Cihad", 91; Müslim, "Libas", 25, (2076); Tirmizi, "Libas", 2, (1722); Əbu Davud, "Libas", 13, (4056); Nəsai, "Zinət", 93, (8, 202)).

Gözəllik və Moda     Baxılıb: 7454   Tarix: 27 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

turlar.az

geyim dəbləri makiyaj instagram hamilelikde qidalanma buxaq döş əmən kişilər konservləşdirilmiş məhsullar bas ortuleri kosmetika damla veten haqqinda bayatilar tanisliq haxista sevgi