Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləriDairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zərif göstərən ideal saç düzümünü axtarır. Əslində isə burada əsas "qızıl qayda" çox sadədir: simmetriyadan uzaq durmaq və daha çox vertikal xətlərə üstünlük vermək lazımdır.
Çənə səviyyəsində düz kəsilmiş klassik kare dairəvi üz üçün uğurlu seçim sayılmır, çünki bu forma üzü daha da enli göstərir. Əvəzində isə asimmetrik və həcmi yuxarıda olan kəsimlər daha yaxşı effekt verir.
Qısa saç sevənlər üçün uzadılmış çolka ilə piksi kəsimi ideal variantdır. Bu zaman başın üst hissəsində həcm yaradılır, arxa hissə isə qısa saxlanılır və bu kombinasiya üzün vizual olaraq uzanmasına kömək edir.
Son dövrlərin trendi olan "lift-bob" da dairəvi üz üçün çox uyğun hesab olunur. Bu kəsimdə saçın arxa hissəsi qısa, ön hissəsi isə daha uzun saxlanılır və nəticədə üz daha incə və formalaşmış görünür.
Uzun saçdan imtina etmək istəməyənlər üçün isə kaskad və ya çoxqatlı kəsimlər əla seçimdir. Burada vacib detal odur ki, ən qısa qat mütləq çənədən aşağıdan başlamalıdır ki, yanaqlardakı dolğunluq vizual olaraq azalsın.
Üzü çərçivəyə alan tellər də çox böyük rol oynayır. Onlar sanki paltardakı vertikal xətlər kimi üzü daha incə göstərir. Daha maraqlı görünüş üçün şeggi stilini də əlavə etmək olar, bu isə saçlara bir qədər təbii dağınıqlıq və müasir görünüş verir.
Çolka məsələsinə gəldikdə isə, düz və qalın çolka dairəvi üz üçün uyğun deyil, çünki üzü daha qısa göstərir. Bunun əvəzinə yan çolka və ya ortadan ayrılan "ştor" çolka daha yaxşı seçimdir. Saçı arxaya tam yığmaq və ortadan ayırmaq da tövsiyə olunmur, çünki bu, üzün dairəvi formasını daha da qabardır. Yan ayrım isə əksinə, üzü daha balanslı və kəskin göstərir.
Nazik saçlı qadınlar üçün "blant-bob" kəsimi də yaxşı alternativdir, çünki saçlara dolğunluq verir və ümumi silueti uzadır. Saç düzümü zamanı yanaq səviyyəsində qıvrımlar etməkdən çəkinmək lazımdır, çünki bu, üzü daha geniş göstərə bilər.
Ən yaxşı variant çənədən aşağı başlayan yüngül dalğalar və yalnız başın üst hissəsində həcm yaratmaqdır. Həcmverici vasitələrdən istifadə etmək də saçın formasını daha uğurlu göstərir və üzü daha incə göstərməyə kömək edir. / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 5000   Tarix: 10 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 yaz geyimleri 2026 baliq qulagi el isleri plovlar qarabasaq kotleti hakista kosmetika sperma bayatılarımızda vətən həsrəti qizlar qiz evi sağlamlığa aid atalar sözləri