Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz də dinləyin. Elə ki, burunların kiçildilməsi, dodaqların şişirdilməsi dəb halını aldı, eyni həkimə və kosmetoloqa müraciət edən qadınlar da bir-birinə bənzəməyə başladılar. Çünki bir həkimin, bir kosmetoloqun bacardığı iş onlarla qadının üzündə təzahür etdi.
Burun əməliyyatını anlamaq olur haradasa. Bəzən elə burunlar olur ki, ya tibbi nöqteyi-nəzərdən, ya da görünüş baxımından əməliyyata ehtiyacı olur. Əslində bütün estetik əməliyyatlarla Allaha qarşı çıxırıq, bu, məlumdur. Lakin edirik də, bu da qarşısıalınmazdır. Belə olan halda sağlamlığa və ya gözəl görünməyə əngəl yaradan burunların əməliyyat olunması başadüşüləndir.
Bəs dodaqların şişirdilməsi necə, vacibdirmi? Bu, nəyi dəyişir, nəyə xidmət edir? Bax bu suallara illərdir ki, cavab axtarıram, lakin hələ də tapa bilmirəm. Küçədə, mağazada, marketdə bir də baxırsan ki, neçə qadın varsa, hamısı bir-birinin bənzəridir. Dodaqlar, necə deyərlər, üç metr qabaqda, burunlar yuxarıda- ox kimi.
Belə baxırsan, baxırsan, deyirsən, İlahi, insan da özünü bu günə salarmı? Bu boyda dodaqların nə mənası var. Axı Allah-təala məsləhət bilib bunu qaydasında-qanununda verib də… Amma nə fayda? Bunu anlayan, düşünən varmı? Elə bu səbəbdən də şişmə dodaqlar dəbə düşüb və əksər qadın düşünmədən-daşınmadan qaçır kosmetoloq yanına ki, mənim dodağımı şişirt. Bu iş üçün həm də qadınlarımız heç də həmişə həkim-kosmetoloqlara deyil, adi bir gözəllik salonunda bu işlə məşğul olanlara müraciət edirlər ki, nəticə adamı dəhşətə gətirir. Bir də baxırsan ki, qarşıdan bir qadın gəlir, ağız-dodağını heç cür yığıb-yığışdıra bilmir. Vallah, adamın yazığı gəlir. Bəzi halda utandıqları, insanlardan qüsurlarını gizlətməyə çalışdıqları da gözdən yayınmır. Amma, çox təəssüf ki, iş işdən keçmişdir.
Bəli, heç bir təhsili olmayan, sadəcə oradan-buradan necə gəldi öyrənib özünü kosmetoloq adlandıranlar qadınlarımızın başına bu oyunları gətirirlər.
Tək dodaqlar deyil, elə burunlar da var ki, üç dəfə təkrar əməliyyat olunmasına baxmayaraq hələ də normal burundan xeyli uzaqdadır. Bu cür burunları daşıyan qadınlarla qarşılaşanda isə onun əziyyətinə və çəkdiyi xərcə heyfsilənib işinin öhdəsindən gələ bilməyən həkimləri ittiham etməkdən başqa çarə qalmır.
Tək dodaq, burunmu? Xeyir. İndi artıq qalıcı olaraq qaşların formaya salınması və kirpiklərin uzadılması, saçların istənilən uzunluğa çatdırılması da qadınlarımız arasında dəbə çevrilib. Bax elə bütün bunlara görə də tez-tez bir-birinə oxşar qadınlarla qarşılaşmaq olur. Burunlar, dodaqlar, qaşlar, kirpiklər, saçları eyni olan qadınlarla…
Lakin hər bir qadın üçün özünəməxsusluqdan gözəl nə ola bilər? Özünə məxsus burun, dodaq quruluşu, özünə məxsus saçlar, qaşlar, kirpiklər… Qadınlarımız əsrlərlə bütün bunlarla bir-birindən fərqli olmayıblarmı? Bir-birilərindən bu gözəllikləri ilə seçilməyibmi? Biz nə üçün müasirləşdikcə özümüzdən uzaqlaşırıq? Nə üçün Allahın verdiyi qaşları ləğv edib yerinə şahə qalxan qaş döydürürük? Nə üçün püstə ağzımızı qarpıza çeviririk? Nə üçün qıvrılıb yuxarı qalxan, gözlərimizə işığın düşməsini əngəlləyən kirpiklərlə gəzməli oluruq?
Görəsən müasirlik budurmu? Müasirlik deyəndə ifratmı başa düşülməlidir? Əsla. Məni bu silsilədən olan bütün yazılarımda geridə qalmış geridə qalmış hesab edənlər az deyil, bilirəm. Bilsinlər, ziyanı yoxdur. Lakin elə bilirəm fikirlərimlə razılaşanlar olar ki, müasirlik bu qədər ifrata xidmət etməməlidir. Bizlər bir-birimizə nə üçün oxşamalıyıq ki? Əksinə, özümüzə məxsusluğumuz ilə bir-birimizdən fəqlənməliyik. Məhz bu halda qadın gözəlliyi ortaya çıxır.
Gözəlliyimizi, həm də təbii gözəlliyimizi kosmetoloqların əllərində məhv etməyək, əziz qadınlar… Birinə, bir-birimizə deyil, özümüzə oxşayaq!
Mətanət Məmmədova

Gözəllik və Moda     Baxılıb: 10444   Tarix: 19 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?

Qadınlar üçün makiyaj yalnız gözəlliyi vurğulamaq deyil, həm də özünüifadə vasitəsidir. İllər keçdikcə üz cizgiləri, dərinin quruluşu və rəngi dəyişə bilər. Bu dəyişikliklər makiyaj seçimində də müəyyən yeniliklərə ehtiya

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

turlar.az

yay kolleksiyasi toy makiyaji sekilleri geyim dəbləri qadin ehtirasi artiran dermanlar şirniyyatların hazırlanması səyahət ayaqda qabar kosmetika oğlaq banan sirin qogal bedii edebiyyat qoğalın nağlı