Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏRVizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb.
Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır.
"Gencaile.az" saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicisi olan vizajist Ueyn Qoss bildirib ki, insanların əksəriyyəti makiyajı xarici görünüşünü yaxşılaşdırmaq və ya yaşlandıqca əmələ gələn bəzi qırışları gizlətmək üçün istifadə edir.
"Lakin etdiyimiz bəzi makiyaj səhvləri əks effekt verə və üzü sadəcə bir-iki deyil, hətta 10 il yaşlı göstərə bilər".
Gənc görünməyə davam etmək üçün Ueyn makiyaj zamanı qaçınılmalı olan üç səhvi açıqlayıb:
Metallik çalarlı kölgələrdən qaçın
Göz kölgələrində "metallik" tonlardan istifadə etməyin, əvəzində mat tonlara üstünlük verin. Mat kölgələr ən yaxşı nəticə verir, çünki onlar qırışlara və ya dəri problemlərinə diqqət çəkmir. Həmçinin, üzə pudranı nəmləndirici kremdən sonra çəkin. Bu zaman makiyaj daha yaxşı qalacaq və daha təravətli görünəcək.
Düzgün konsiler tonu seçin
Bir çoxları üz dərisini "işıqlandırmaq" üçün konsileri bir ton açıq seçir. Lakin ekspertin fikrincə, bu, əksinə, üzü daha yaşlı göstərə bilər. Konsilerin tonu dərinizin rəngi ilə eyni olmalıdır.
Daim nəmləndirin və primer istifadə edin
"Yaşlandıqca dərimiz təbii olaraq daha quru olur, buna görə də nəmləndirici inqrediyentlər çox vacibdir".
O, dəri baxımı üçün məhsul seçərkən hialuron turşusu kimi nəmləndirici inqrediyentlərə diqqət yetirməyi məsləhət görür. Makiyaja başlamazdan əvvəl güclü nəmləndirici krem çəkin ki, dəri kifayət qədər nəmlənmiş qalsın. Bundan əlavə, yaxşı bir primerdən istifadə edin ki, o, dəri ilə makiyaj arasında baryer yaratsın və bütün günü makiyajın qalıcı olmasına kömək etsin.

Gözəllik və Moda     Baxılıb: 7917   Tarix: 18 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

turlar.az

hamiləlik toy gecesi gözəllik məhsulları hakışta sözləri içi doldurulmuş badımcan turşusu sifahi xalq edebiyyati haqqinda peçenyelər kosmetika oxatan kahfe fali novruza aid hakisdalar qiz evi haxista novruz hakista