2025-in yaz aylarında makiyaj trendi

2025-in yaz aylarında makiyaj trendiBahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır.
Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınıza həm orijinallıq, həm də oyunçuluq qatacaq.
Makiyajınızın trendə uyğun olması və ətrafdan komplimentlər toplaması üçün nələri nəzərə almaq lazımdır?
1. Tonal kremdən imtina edin
Hazırda trend – təbii görünüşdür. Mütəxəssislər qalın tonal krem qatlarından uzaq durmağı məsləhət görürlər, çünki bu, üzünüzdə maska effekti yaradır. Dərinizin nəfəs almasına və təbii şəkildə parlamasına imkan verin. Əvəzində parıltılı primerlər və krem əsaslı haylayterlər istifadə edə bilərsiniz.
2. Pastel kölgələr çox uyğundur
Parıltılı pastel göz kölgələri bu mövsümün əsas üslub elementlərindəndir. Onlar baxışlarınıza parıltı və zəriflik qatacaq. Bej və çəhrayı tonları seçin — bu rənglər istənilən obrazla mükəmməl uyğunlaşır.
3. Layner və oxlar trenddən düşmür
Rəngli göz laynerləri və ifadəli oxlar yenə də dəbdədir. Bu bahar siz də cəsarətlə rənglərlə oynayın. Bənövşəyi, açıq mavi, nanə yaşılı və limon sarısı –  fərqli rəngləri sınamaqdan çəkinməyin və fərqliliyin dadını çıxarın.
4. Rumyana vurğusu vacibdir
Çəhrayı yanaqlar həmişə sevimli görünür. Bu yaz isə vizajistlər rumyananı ənənəvi olaraq yanaqların yuxarı hissəsinə deyil, düz orta hissəsinə çəkməyi tövsiyə edir. Bu, hazırda sosial şəbəkələrdə məşhur olan "uşaqsayağı çəhrayı yanaq" effekti yaradır. Təbii görünüş üçün qalın qat vurmaqdan çəkinin.
5. Dodaqlar obrazın "kişmişi" olmalıdır
Dodaqlara da xüsusi diqqət yetirin. Mövsümün trend rəngləri – moruq, koraL və hətta narıncıdır. Mat pomadalar əvəzinə parlaq və ya yarımşəffaf teksturaları sınamaqdan qorxmayın – obrazınıza təravət və cazibə qatacaq. / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 8918   Tarix: 11 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?

Qadınlar üçün makiyaj yalnız gözəlliyi vurğulamaq deyil, həm də özünüifadə vasitəsidir. İllər keçdikcə üz cizgiləri, dərinin quruluşu və rəngi dəyişə bilər. Bu dəyişikliklər makiyaj seçimində də müəyyən yeniliklərə ehtiya

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadın geyimi kabab reseptləri xina yaxdi sozleri nergiz pasayeva müsabiqələr kosmetika rus dilini oyrenek 2ci ders rus dili uzeyir balıq efsaneler