Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ
Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər.
Belə ki, gül suyu ən çox üstünlük verilən vasitə olub. Onunla üzü silmək dərini nəmləndirir, təravətləndirir və botoks effekti verir. Qədim Misirdə qadınlar bu üsuldan çox istifadə edib.
Zəfəran yağı dərini parıldadır, cavanlaşdırır, dərinin tonusunu artırır. Onu dəriyə sürtmək bir çox problemi aradan qaldıracaq.
Nanə də dəri üçün faydalı vasitələrdən biridir. Çində qadınlar dərilərini parıldatmaq üçün nanəni əzib üzlərinə maska kimi qoyublar.
Bal dərini nəmləndirmək və eyni zamanda saçlara gözəllik vermək üçün istifadə edilib.
Yaponiyada qədim zamalarda saçların sağlamlığı və gözəlliyi üçün düyü suyundan istifadə olunurdu. Düyü suyu, düyü maskaları dərinin vəziyyətinə də çox yaxşı təsir edir, dərini daha dartınmış edir, ağardır, cavanlaşdırır.
Hind qozu yağı dəridəki problemləri, səpkiləri aradan qaldırır, dərini cavanlaşdırır və nəmləndirir. (axşam.az)
Saglamolun.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO