Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir.
Gözəllik nədir?
Səhiyyə naziri Teymur Musayev deyib ki, yanlış məlumatlar süni gözəllik standartlarının yaranmasına səbəb olur. Nazir təklif edib ki, xalqımızı gözəllik anlayışı məsələsində maarifləndirməliyik. "Gözəllik anlayışı nədir, onun tarixinə baxaq, gözəllik standartlarının müəyyənləşdirilməsində milli xüsusiyyətlərimizi nəzərə alaq", – deyə nazir qeyd edib.
Əvvəllər deyirdilər ki, Azərbaycan qızları gözəl olur. İndi isə "baby boom", "barbi yanaq", "ceyrangöz", "full face" etdirən bütün qızlar bir-biirnə bənzəyir. Qaynaq kipriklər, saçlar, irəli uzanmış silikonla doldurulmuş dodaqlar…
Gözəllik "bum"u? Və bu "gözəllik" kim üçün, nə üçün?
Sosioloq Mail Yaqub bildirib ki, qloballaşan dönəmdə kimsə Azərbaycan kimi ölkənin mədəniyyətini bütün dünya mədəniyyətindən təcrid edə bilməz.
Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "Qloballaşma vahid mədəniyyətlə, iqtisadi və siyasi sistemlə idarə edilir. Yəni Amerikada hansısa bir dəb meydana gəlirsə, onu Azərbaycanda da tətbiq edirlər. Cəmiyyətləri iqtisadi texnoloji baxımdan irəlidə olan ölkələrin mədəniyyətləri qloballaşma dövründə bütün dünyada dominant mədəniyyətə çevrilir. İqtisadi texnoloji güclə öz mədəniyyətlərini də bütün dünyada dominan mədəniyyətə çevirə bilirlər. Mədəniyyətin komponentləri geyim, yemək, gözəllik, dəb, musiqi və s. vasitələrdir. Belə qloballaşma hücumunda Azərbaycan mədəniyyətini qoruya bilirikmi? Bu hücumun qarşısında biz xanımlarımıza qlobal mədəniyyətin sırıdığı mədəniyyətdən fərqli bir mədəniyyət təqdim etmək istəyiriksə, bu bizim milli mədəniyyətimizdirsə, bu zaman çox böyük işlər görülməlidir. Xanımlarımız Amerika və Avropa xanımlarına baxmasın, öz milli "gözəllik" brendini yaratsınlar. Bu da çox çətin məsələdir. Bu zaman müxtəlif dövlət qurumlarının üzərinə çeşidli vəzifələr düşür. Bu cəhətdən ən vacib məsuliyyət təhsil və mədəniyyətlə bağlı fəaliyyət göstərən nazirliklərin üzərinə düşür. Bu nazirliklər gözəllik brendini, geyim brendini yaratmalı və təbliğ etməlidir"-deyən sosioloq bildirib ki, bu təbliğat seriallarda, filmlərdə, kitablarda və sosial şəbəkələrdə həyata keçirilməlidir.
Mail Yaqub vurğulayır ki, Azərbaycanın özünəməxsus mədəniyyət modeli olmalıdır.
"Əslində bu model prinsipcə mövcuddur, sadəcə bunu üzə çıxarmaq lazımdır. Bu da toyda, yasda geyim modelində, yemək və müxtəlif sahələrdə özünü göstərməlidir. Biz bu modeli yaratmalıyıq. Yaratmasaq, mədəniyyətimiz məhv olub gedəcək. Bir müddət sonra biz də assimilyasiya olacağıq, əriyib "yox" olacağıq"-deyə sosioloq əlavə edib.
İradə Cəlil / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4048   Tarix: 09 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

turlar.az

sade makiyaj sekilleri hamiləlik qadin dunyasi uşaqlara yemək hazırlama dini geyimler salatlar və qəlyanaltılar dirnaq ucun maskalar kosmetika maskalar xanım az sperma bakire klitor