Dünyanın ən bahalı beş dodaq boyası

Dünyanın ən bahalı beş dodaq boyasıDodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burada nəzərə alınmalı beş variant var.
Beləliklə, xarici mediaya istinadla dünyanın ən bahalı 5 dodaq boyasını təqdim edirik:
Bunlardan biri qiyməti 400 dollar olan və yenidən istifadə edilə bilən "Bond No. 9" markalı dodaq boyasıdır. Bu pomada "Swarovski" daşlar ilə bəzədilib.

Dördüncü yeri yenə qutusu "Swarovski" daşlar ilə bəzədilmiş "Dior Rouge Premier" dodaq boyasıdır. "Fancy-Stones" kimi dəyərli daşlardan ibarət olan bu pomada "Bond No. 9" kimi geri qaytarıla və dəyişdirilə bilməz. Dodaq boyası 6 çalarda mövcuddur. Qlütensiz və veqandır. 24 karat qızıl və qırmızı hibiskus çiçəyi ekstraktı olan "Dior"un bu dodaq boyasının qiyməti 530 dollardır.

"Pacal Diamond Cupid Artpiece" dodaq boyasının xarici qabığı 2,736 karatlıq laboratoriyada hazırlanmış 342 ağ və qırmızı VVS şəffaf almazdan ibarətdir. Tutqun rəngli mələk heykəlciyi xarici qabın içərisində yerləşir. Bu, 18k çəhrayı qızıldan hazırlanmış "PASCAL" pomadasının xüsusi buraxılışıdır. Qiyməti 10 min dollar olan bu pomadaya 2 illik zəmanət verilir.

"Guerlain KissKiss Gold and Diamond" dodaq boyası dünyanın ən bahalı 15 pomada arasında ikinci yeri tutur. Pomada 15 müxtəlif çalarlarda mövcuddur. Onun korpusu naxışlı və 110 qramlıq 18 karat sarı qızıl və 199 brilyantdan hazırlanıb. Bu da bu pomadanın qiymətini artırır. Sözügedən dodaq boyasının qiyməti 62 min dollardır.

Dünyanın ən bahalı dodaq boyasının qiyməti 14 milyon dollardır. "H. Couture Beauty Diamond" dodaq boyasının bu qədər baha olmasının səbəbi 18 karatlıq xalis qızıldan hazırlanmış, çəhrayı və mavi brilyantlarla bəzədilmiş qutusudur. İstehsalçı şirkət dodaq boyasını ömür boyu ödənişsiz və limitsiz doldurmalara, həmçinin 24/7 müştəri dəstəyinə zəmanət verir.
/ gencaile.az

Gözəllik və Moda     Baxılıb: 10003   Tarix: 18 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

geyim dəbləri gozel gorunmek geyim seçimi uşaq dünyası toy ucun maraqli ideyalar boşanmalar kısa saç düzümləri kosmetika novruz bayramina aid efsaneler babasil uşaq nece olur ginekoloq