Fransız qızlarının gözəllik sirləri

Fransız qızlarının gözəllik sirləriNədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmış gözəllik vərdişləri dayanır.
Bu gözəllik vərdişlərinə aşağıdakılar daxildir:
Yüngül göz makiyajı
62 yaşlı aktrisa Filippina Leroa-Bolye bildirir ki, müəyyən yaşdan sonra gözlərə ağır makiyaj etmək əks effekt verə bilər. Onun makiyaj rutinasına iki növ konsilerin qarışdırılaraq göz altına tətbiqi, göz qapaqlarına az miqdarda rumyana, qaş üçün gel və bir az tuş daxildir.
Yaxşı kosmetoloq
Fransız qadınları çoxlu kosmetikadan istifadə etməsələr də, dəriyə qulluqda keyfiyyətə üstünlük verirlər. 61 yaşlı aktrisa Jülyet Binoş, üz masajı və formalaşdırıcı prosedurlar həyata keçirən kosmetoloq Su-Men Syu-ya mütəmadi olaraq müraciət edir.
Zərif təmizləyici vasitələr
Bəzi fransız qadınlar səhər üz yuma mərhələsini atlayır, digərləri isə micellar su və ya çox yumşaq təmizləyicilərdən istifadə edirlər. 81 yaşlı Ketrin Denev isə üzünü təmizləmək üçün süd əsaslı vasitəyə üstünlük verir.
Sevimli efir yağı
Fransız supermodeli və musiqiçi Karla Bruni kimi məşhurlar efir yağlarına üstünlük verir. Eyni zamanda Filippina Leroa-Bolye, Jülyet Binoş və Ketrin Denev də bu yağları gündəlik qulluq prosesinə daxil edirlər.
Aydın və cəsarətli pomada
Qırmızı və ifadəli pomadalar fransız qadınlarının vazkeçilməzidir. 72 yaşlı İzabel Yupper demək olar ki, heç vaxt parlaq pomadasız görünmür. Vizajistlərə görə, parlaq pomada qadını daha gənc göstərir. Ən yaxşı nəticə üçün dodaq kənarlarına barmaqla pudra tətbiq edilməli, sonra isə pomada çəkilməlidir. Bu üsul pomadanın dağılmasının və dərin qırışların qarşısını alır.
Bu vərdişlər göstərir ki, sadə, lakin davamlı qulluq və özünə inam yaşa baxmayaraq gözəlliyi qoruyub saxlamağın açarıdır.
Xədicə Əfqan / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 9311   Tarix: 04 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

turlar.az

qadin dunyasi geymler 2026 maskalar azərbaycan haqda qadın alt paltarları idmandan sonra ne yemek lazimdi oxsamalar kosmetika novruz bayrami cinsi əlaqə kökəlmək üçün baldiza aid haxisda mikayıl abdullayev