"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı, asanlıqla icra olunmasına və möhtəşəm nəticələrə baxmayaraq, hər kəs tərəfindən bəyənilmir. Əgər siz onlardan birisinizsə, "çılpaq" göz makiyajını sınaya bilərsiniz.
Bu makiyajın əsas vəzifəsi odur ki, göz qapaqlarında şəffaf bir effekt yaratsın.
"Çılpaq" makiyaj trendi yaxınlarda formalaşmasına baxmayaraq, onu öz üzündə həyata keçirən ulduzlar artıq var. Məsələn, Cici Hadid Kann Film Festivalının qırmızı xalçasına belə makiyajda çıxmışdı. Həmçinin Kayli Jennerin kosmetika brendinin reklam kampaniyası makiyajın populyarlığını daha artırdı. TikTok istifadəçiləri ulduzun fotolarını çox bəyəndilər və bir neçə gün ərzində "çılpaq" makiyaj sosial şəbəkədə əsl hitə çevrildi.
"Çılpaq" makiyajı təkrarlamaq heç də çətin deyil. Bunun üçün üst-üstə çəkə və yaya biləcəyiniz orta piqmentli tutqun kölgələrə ehtiyacınız olacaq. Öz kölgənizi seçin: bej-qəhvəyi və ya boz-qara ola bilər – hamısı dəri tonunuzdan və şəxsi məziyyətlərinizdən asılıdır.
Kölgələri çox diqqətlə tətbiq edin, şəffaflığın təsirini qorumaq üçün diqqətlə qarışdırın və ya yayın. Gözlərinizin daha böyük görünməsi üçün gözün xarici küncünə kəskin kontrastlardan qaçmaq şərtiylə bir qədər tünd çalarlardan istifadə edə bilərsiniz. Gündüz "çılpaq" makiyaj edirsinizsə, göz kölgələrini yalnız tuş ilə tamamlamalısınız. Daha parlaq bir axşam versiyası üçün yuxarı və aşağı kirpik xətlərini vurğulamağı və oxlar əlavə etməyi məsləhət görürük.
/ gencaile.az

Gözəllik və Moda     Baxılıb: 7670   Tarix: 02 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

turlar.az

qadın geyimi həkim məsləhəti toy gecesi ailə psixoloqiyası baliq qulagi el isleri cizgi filmləri kişi sağlamlığı kosmetika sevgi qardasa aid haxistalar birlik haqqinda hakıştalar pizza