Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər.
Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır.
Yaş artdıqca dodaqlar təbii həcmini itirir, dodaq ətrafındakı dəri isə daha nazik və az elastik olur. Tünd və soyuq tonlar bu dəyişiklikləri kəskin göstərərək üzə yorğun görünüş verir. Əksinə, isti, açıq və yumşaq çalarlar daha təmiz və gənc effekt yaradır.
Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?Gəncləşdirici ideal dodaq boyası rəngləri:
Şaftalı tonu – üzü isidir, dodaqları olduğundan dolğun göstərir
Zərif çəhrayı – demək olar ki, bütün dəri tonlarına uyğun gəlir, ümumi görüntünü təravətləndirir
Koral – üzə parlaqlıq və canlılıq verir
İsti alt tonlu krem nude – təbii və baxımlı gündəlik görünüş yaradır
Eyni zamanda, çox solğun nude tonlarından çəkinmək tövsiyə olunur ki, dodaqlar dərinin fonunda itib getməsin. Soyuq qəhvəyi və ya tünd borodo rənglər isə üzə yorğunluq əlavə edə bilər.
Təkcə rəng yox – tekstura da rol oynayır
Krem və nəmləndirici formulalar dodaqları baxımlı göstərir, çatların görünüşünü gizlədir
Saten və parlaq örtüklər işığı əks etdirərək vizual həcmi artırır
Mat dodaq boyaları yalnız yumşaq və elastik olanları seçilməli, həddindən artıq quru teksturalardan qaçınılmalıdır
Düzgün tətbiq texnikası da gəncləşdirici təsiri gücləndirir
Kontur qələmi ilə xəfif çərçivə vermək həcmi artırır.
Dodaq boyasını fırça ilə çəkmək rəngin bərabər yayılmasını təmin edir.
Dodağın mərkəzinə açıq ton və ya bir az parıltı əlavə etmək dolğunluq effekti yaradır.
Sifayə Abbas / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 7341   Tarix: 04 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?

Qadınlar üçün makiyaj yalnız gözəlliyi vurğulamaq deyil, həm də özünüifadə vasitəsidir. İllər keçdikcə üz cizgiləri, dərinin quruluşu və rəngi dəyişə bilər. Bu dəyişikliklər makiyaj seçimində də müəyyən yeniliklərə ehtiya

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

turlar.az

qadin sayti sac duzumleri hamilelikde qidalanma anaya aid atalar sozu gözəllik və makiyaj üzə qulluq doğumu necə keçirtdim kosmetika yuxuda qara ilan gormek oyunlar kökəlmək üçün itburnu xanim az