50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləriUğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanın özünə inamını artırır.
Beləliklə, bu saç kəsimlərini təqdim edirik:
Hansı saç kəsimləri insanı daha yaşlı göstərir?
 Yaş artdıqca düzgün seçilmiş saç düzümü sadəcə stil elementi deyil, eyni zamanda ideal görünüş yaratmaq üçün vacib bir vasitəyə çevrilir. Bəzi saç modelləri üz cizgilərini daha gözəl göstərərək cavanlaşdırıcı effekt verir, digərləri isə əksinə, əlavə yaş görüntüsü yaradır və ümumi görünüşü ağırlaşdırır. Məhz buna görə 50 yaşdan sonra hansı saç düzümü seçimlərindən uzaq durmaq lazım olduğunu bilmək vacibdir.
Həddindən artıq qısa saç kəsimi
Çox qısa və kəskin xətləri olan saç kəsimləri yaşla bağlı dəyişiklikləri daha çox ön plana çıxara bilər. Bu cür modellər üzü tam açaraq qırışları və dərinin elastikliyinin azalmasını daha çox göstərir. Bundan əlavə, belə saç düzümü insana daha sərt və ağır görünüş verə bilər. Daha yumşaq və teksturalı saç modellərinə üstünlük vermək daha yaxşıdır.
50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləriHəcmsiz uzun düz saçlar
Çox uzun, qatlanması olmayan və həcmsiz saçlar üzü daha ağır göstərə bilər. Yaş artdıqca saçlar incəldiyi üçün belə model saçın seyrəkləşməsini daha çox vurğulayır və ümumi görünüşü yorğun göstərir. Ən yaxşı seçim – orta uzunluqda, yüngül qatlı və hərəkət verən saç düzümüdür.
50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləriKlassik, tam düz və teksturasız kare
Tam düz kəsilmiş və həcmsiz kare saç modeli çox statik görünə bilər. Bu model çənə və boyun nahiyəsini daha çox vurğulayır ki, bu bölgələr yaşla dəyişir və nəticədə insanı daha yaşlı göstərə bilər. Daha müasir, qatlı və ya yüngül asimmetrik karrə modelləri isə görünüşü daha gənc və dinamik edir.
50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləriSaç kəsimi seçərkən nələrə diqqət etmək lazımdır?
50 yaşdan sonra saç düzümündə həcm və hərəkət yaradan modellərə üstünlük verilməlidir. Yumşaq xətlər, təbii görünüş və bir qədər səliqəli "dağınıqlıq" obrazı daha gənc və təravətli göstərir.
Bundan əlavə, saçın quruluşu və üz forması da nəzərə alınmalıdır ki, seçilən saç modeli həqiqətən uğurlu olsun.
Xədicə Əfqan / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 4039   Tarix: 16 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

turlar.az

yay geyimləri 2026 hamilelikde qidalanma adlarin menasi vaginal quruluq qadınlar gənc ana sufle resepti kosmetika pomidor kley lekesi salam veten haqqinda atalar sozleri birlik haqqinda