İtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

İtən eşşəklərin əti tapıldı - 8-ci km bazarından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEOAzərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, "Leşyığanlar mafiyası" kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür. Bu gün ölkə bazarlarında, supermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlər də bunu təsdiq edir. Hələ ötən il dövriyyədən 70 tona yaxın murdar, mənşəyi bəlli olmayan ət çıxarılıb. Dövriyyədə tonlarla xəstə heyvanın əti var. Restoranlarda lülə kabab, basdırma şəklində süfrəyə çıxan belə ətlərin satılmasının qarşısını almaq müşkül məsələyə çevrilib.

Bu yaxınlarda Dövlət Statistika Komitəsi ölkədə olan eşşəklərin sayının azaldığını açıqlayıb. Məlumata görə, 2015-ci ildə Azərbaycanda 40 min eşşək var idisə, 2016-ci ildə bu rəqəm 35.8 min baş təşkil edib. Ümumilikdə 2008-ci ildə Azərbaycanda eşşəklərin sayı 47.8 min baş təşkil edirdisə, hazırda bu rəqəmdə 10 minə yaxın azalma qeydə alınıb. Bu xəbərdən sonra əhali arasında "eşşək əti panikası" yaranıb. İnsanlar itən 5 min eşşəyin ətinin kafe və restoranlarda və ya qəssabxanalarda onların qabağına çıxacağından narahatdırlar.

Xanim.az xəbər verir ki, musavat.com bu suallara aydınlıq gətirmək üçün paytaxt ərazisində ət satışı olan bazarlara üz tutub.

Səhərin erkən saatlarında "8-ci kilometr bazarı"ndan hazırlanan reportajı təqdim edirik:

Bazarın ət satışı bölməsinin qəssabları alaqaranlıqdan "hərəkətə" keçirlər. Özləri ilə gətirdikləri qoyun və mal ətlərini yerbəyer edirlər. Nazik və çirkli torbalara keçirilmiş ətləri qəssabxanalara daşıyırlar, bir az bəzək-düzək verib, piştaxtaya çıxarırlar. Torbaların ağzı bağlı olmadığından içindəki iki şaqqaya bölünmüş cəmdəklərin ağzı tez-tez çirkli arabaların üstünə düşür. Ətlə bir qida məhsulu kimi deyil, zibil torbası kimi davranılır.

Ən dəhşətli mənzərə isə bazarın bir qədər arxa hissəsində cərəyan edirdi. "VAZ 2106" markalı köhnə avtomobilin yük yerində saralmış, qaralmış, üfunət iyi verən cəmdəklər görünüb. İnanılması çətin olsa da, bu dəhşətli mənzərə bazardakı ət məhsullarının daşınma və saxlanma vəziyyətini əks etdirən reallıqdır. İlk baxışdan ətin köhnə olduğu bilinirdi. Hətta cəmdəyin hansı heyvana məxsus olduğunu aydınlaşdırmaq da mümkün deyildi.

Bu cür heyvan leşlərinin insan həyatı üçün nə qədər təhlükəli olduğunu yəqin ki, onu bazara çıxaran alverçilər daha yaxşı bilir. Səhər saatları mal gətirilməsi baxımından bazarın ən hərəkətli vaxtı olduğundan nəzarət də güclüdür.

Alıcıların heç zaman görə bilməyəcəyi bu mənzərə ürəkbulandırır. Belə ki, bir nəfər köhnə avtomobilin baqajına açıq şəkildə yüklənən şaqqalanmış heyvan cəmdəklərini götürüb, üzərində heç bir örtüyü olmayan toz-torpaqlı arabanın üzərinə qalaqlayırdı. Oradan isə bazara aparırdı. Prosesi sona qədər izləmək mümkün olmadı.

Qeyd edək ki, "8-ci kilometr" bazarında ətin qiyməti digər qəssabxanalardan bir xeyli fərqlidir. Normalda kiloqramı 11 manata olan mal əti bu bazarda 6-7 manata satılır. 10-11 manata təklif olunan qoyun əti isə 7-8 manata təklif olunur. Jurnalistlər satıcılarla həmsöhbət olub, ətin ucuz olmasının səbəbini öyrənməyə çalışıb. Bildirdilər ki, burada ətin topdansatışı həyata keçirilir. Alverçi 50 kiloqramdan çox ət alındığı təqdirdə endirim də edə biləcəyini qeyd edib. Onu da deyib ki, iki gün əvvəl sifariş vermək lazımdır ki, əti hazırlasın. Daimi müştərilərə isədaha ucuz ət tapa biləcəyini dəfələrlə vurğuladı.

Ölkədə ətin qiymətinin 11-12 manata qalxdığı bir vaxtda bu bazarda iki dəfə ucuz satılmasının səbəbini isə təxmin etmək çətin deyil. Çox güman ki, yaşlı və ölmüş heyvan cəmdəkləri, bəzən isə at və eşşək ətlərinin kafe və restoranlara gedən yolu elə buradan keçir.

Bazarda çəkilən videogörüntüləri təqdim edirik:

Xəbərlər     Baxılıb: 2713   Tarix: 28 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

gelinlikler donlar 2026 qadin dunyasi körpələrdə süni qidalar makaron reseptləri evim interyer uşaq yeməyi kosmetika novruz bayramına aid bakışta veten haqqinda bayati xlor lekesi bürclər oxatan