Karyera nədir?

Karyera nədir?Karyera işçinin əməyinin gələcəyi haqqında subyektiv düşünülmüş şəxsi mülahizələrdir, əməklə özünü ifadəetmə və qaneolmanın gözlənilən yollarıdır. Bu, xidməti nərdivan üzrə irəliləyən hərəkətdir, işçinin fəaliyyəti ilə bağlı olan vərdişlərin, bacarıqların, ixtisas imkanlarının və mükafatlandırma ölçülərinin dəyişdirilməsidir. Bu, bir gün seçilmiş fəaliyyət yolu üzrə irəli hərəkətdir, məsələn, böyük səlahiyyətlərin, daha yüksək statusun, nüfuzun, hakimiyyətin, maddi varlığın alınmasıdır. Karyera - yalnız xidmət üzrə irəliləyiş deyildir. İşdən kənar həyat da karyeranın tərkib hissəsi olmaqla, işçinin karyerasına əhəmiyyətli təsir göstərir.
Lakin karyera heç də təşkilatın iyerarxiyası çərçivəsində hökmən və müntəzəm olaraq irəli hərəkət deyildir.
Başqa sözlə desək, karyera - insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır.
İki növ karyeranı fərqləndirirlər: peşəkar və təşkilat daxili.
Peşəkar karyera onunla xarakterizə olunur ki, konkret işçi öz peşəkar fəaliyyəti prosesində müxtəlif inkişaf mərhələlərindən keçir: təhsil, işə girmə, peşəkarlığın yüksəlməsi, fərdi peşəkarlıq qabiliyyətinin saxlanılması, nəhayət, pensiyaya getmək. Hər bir işçi müxtəlif təşkilatlarda bu mərhələləri müntəzəm keçə bilər. Peşəkar karyera ilə yanaşı təşkilat daxili karyeranı da ayırmaq olar. Bu bir təşkilat daxilində işçinin inkişaf mərhələlərinin davamlı əvəz edilməsini əhatə edir.
Təşkilatdaxili karyera üç istiqamətə reallaşdırılır:
- şaquli - karyera anlayışını məhz bu istiqamətlə başlayırlar, belə ki, karyera ilə irəliləmə məhz bu istiqamətdə özünü daha aydın göstərir. Karyeranın şaquli istiqaməti altında hərfi olaraq struktur karyerasının ən yüksək mərhələsinə yüksəlmək başa düşülür;
- üfüqi - ya fəaliyyətini başqa funksional sahəsinə yerdəyişmə, ya da təşkilati struktura sərt formal təhkim olunmamış mərhələdə müəyyən xidməti rolun yerinə yetirilməsi nəzərdə tutulur. Üfüqi karyeraya, həmçinin tutulmuş mərhələlər çərçivəsində tapşırıqların genişləndirilməsini və ya mürəkkəbləşdirilməsini aid etmək olar (adətən mükafatlandırmanın adekvat dəyişdirilməsi ilə);
- mərkəzə sövq edən - bu istiqamət adından məlumdur, lakin çox hallarda işçilər üçün xoşagəlimli olur. Mərkəzə sövq edən karyera dedikdə nüvəyə, təşkilatın rəhbərliyinə tərəf hərəkət başa düşülür. Məsələn, işçinin həm formal, həm də qeyri-formal xarakterli görüşlərə, müşavirələrə dəvət edilməsi, qeyri-formal informasiya mənbələrinə yol açılması, inamlı ünsiyyət, rəhbərliyin ayrılıqda mühüm təklifləri.
Karyeranın planlaşdırılmasının və reallaşdırılmasının başlıca vəzifəsi peşəkar və təşkilatdaxili karyeraların qarşılıqlı təsirinin təmin edilməsidir. Bu qarşılıqlı təsir bir sıra məsələlərin həllini tələb edir:
- təşkilatın və yarı-ayrı işçilərin məqsədlərinin qarşılıqlı əlaqəsinin əldə edilməsi;
- işçinin spesifik tələblərini və vəziyyəti nəzərə alınmaqla, həmin işçi üçün karyeranın planlaşdırılmasının istiqamətliliyinin təmin edilməsi;
- karyeranın idarə edilməsi prosesinin amalının təmini;
- işçinin inkişafı üçün praktiki əngəllər törədən «karyeranı dananları» aradan qaldırmaq;
- karyeranın planlaşdırılmasının keyfiyyətinin yüksəldilməsi;
- işçilərin karyera potensialının öyrənilməsi və s.
karyera bir nərdivandır,yavaş-yavaş çıxırsanİşgüzar karyeranın planlaşdırılması və nəzarəti işə qəbul olunma anından işdən çıxana qədər işçinin vəzifə sistemi və ya iş yeri üzrə şaquli və üfüqi irəliləməsinin planlaşdırılmasını nəzərdə tutur. İşçi yalnız qısa müddətli və uzunmüddətli dövr üçün öz perspektivlərini bilməlidir, hətta işdə irəliləmək üçün hansı göstəriciləri əldə etmək lazım olduğunu bilməlidir. Karyeranın müxtəlif mərhələlərində insan müəyyən tələbləri ödəyir.
İlkin mərhələ məktəbdə oxumaq, orta və ali təhsilə aiddir və 25 yaşadək sürür. Bu müddət ərzində insan onun tələblərini ödəyən və imkanlarına cavab verən fəaliyyət növünün seçilməsində bir neçə müxtəlif işlər dəyişdirə bilər. Əgər o, tezliklə bu növ fəaliyyət tapırsa, bir şəxsiyyət kimi özünü təsdiq prosesi başlayır, o varlığının təhlükəsizliyi barədə düşünür.
Sonra təşəkkül mərhələsi gəlir, təxminən 25 - 30 yaşlar arasını əhatə edir. Bu müddətdə işçi seçilmiş peşəni mənimsəyir, zəruri vərdişlər qazanır, onun peşəkarlığı formalaşır, özünütəsdiq baş verir və müstəqilliyə tələbat baş qaldırır.
İrəliləyiş mərhələsi 30 - 45 yaşlar arasını əhatə edir. Bu mərhələ zamanı ixtisasın yüksəlişi baş verir, işçi xidmət nərdivanı ilə yüksəlir. Yeni vərdişlər praktiki təcrübələr yüksək səviyyəyə çatır, özünü ifadə tələbatı inkişaf edir, daha yüksək statusa və daha böyük müstəqilliyə tələbat artır, işçinin bir şəxsiyyət kimi özünü ifadəsi başlayır.
Saxlama mərhələsi əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi ilə xarakterizə olunur və 45-dən 60 yaşa kimi dövri əhatə edir. İxtisasın təkmilləşdirilməsinin zirvəsi baş verir və aktiv fəaliyyət və xüsusi təhsil nəticəsində onun yüksəlişi gedir. İşçi öz biliklərini gənclərə verməyə çalışır. Bu mərhələ yarandığı özünüifadə ilə xarakterizə olunur, yeni xidməti yüksəlmək imkanı verir. İnsan müstəqilliyin və özünüifadənin son zirvəsinə çatır. Özünə qarşı qazanılmış hörmət yaranır, həmçinin ədalətli əməklə nailiyyətlər əldə etmiş ətrafdakılara da hörmət qoyulur. Baxmayaraq ki, bu mərhələdə bir çox tələblər ödənilir, insan başqa gəlir mənbələrinə də maraq göstərir (məsələn, mənfəətdə iştirak, səhmlərin, istiqraz vərəqələrinin alınması və s.).
Tamamlama mərhələsi 60-dan 65 yaşa kimi sürür. İşçi pensiyaya getməyə hazırlaşır. Bu mərhələdə layiqli əvəzedicinin axtarılması və boşalan vəzifənin yerinə namizədin hazırlanması başlayır. Bu mərhələ karyeranın böhranı ilə xarakterizə olunsa da (işçi işdən az qane olur, psixoloji və fizioloji yorğunluq keçirir), bütün karyera boyunca ən böyük hörmətə malik olur. İşçi öz əmək haqqı səviyyəsinin saxlanılmasına çalışır, hətta gəlir mənbələrini də artırmağa çalışır.
Sonrakı pensiya mərhələsində verilmiş təşkilatda (fəaliyyət növündə) karyera başa çatır. Başqa fəaliyyət növlərində özünümüdafiə üçün imkanlar yaranır (məsələn, əlyazmalar, bağçılıq, ictimai təşkilatlarda işləmək). Özünə hörmət stabilləşir. Lakin maliyyə durıımu və sağlamlığın vəziyyəti başqa gəlir mənbələri və sağlamlıq barəsində düşünməyə səbəb olur.

İşgüzar karyeranın idarə edilməsi. Hər bir insan öz tələbatına əsaslanaraq formalaşmış sosial-iqtisadi şəraiti nəzərə alaraq, öz gələcəyini planlaşdırır. Burada təəccüblü bir şey yoxdur ki, hər kəs xidməti yüksəlişinin perspektivləri haqqında, verilmiş təşkilatda yüksəlmək imkanları haqqında, həmçinin bu işləri yerinə yetirə biləcək şərait haqqında ətraflı informasiyaya malik olmaq istəyir. Əks halda, davranışın motivasiyası zəif olur, insan tam gücü ilə gələcəkdə daha perspektivli işə keçməyə imkan verən iş yeri kimi baxmır. İşə başlayan zaman insan öz qarşısına müəyyən məqsədlər qoyur, eyni növbədə işə götürən də təşkilat qarşısına müəyyən məqsədlər qoyur. Buna görə də işə götürülən öz iş keyfiyyətlərini real qiymətləndirməyi bacarmalıdır. İşçi öz tələblərini təşkilatın iş yerinin onun qarşısına qoyduğu tələblərlə uyğunlaşdırmalıdır. Məhz bundan işçinin bütün karyerası asılıdır. İşə götürülən zaman insan əmək bazarını bilməlidir. Əmək bazarmı bilmədən o, işi seçərkən səhv edə bilər. Bu zaman yeni işin axtarılmasına başlanacaqdır.
Tutaq ki, işçi əmək bazarını yaxşı bilir, öz gücünün tətbiqi üçün perspektiv sahələr axtarır və bilir ki, onun bilik və bacarığı üçün iş tapmaq çətindir, belə ki, bu sahədə işləmək istəyənlər çoxdur, nəticədə burada güclü rəqabət baş qaldırır. Özünü qiymətləndirmə bacarığı olmaqla və əmək bazarmı bilməklə, o elə bir sahə və region tapa bilər ki, orada işləsin, həm də yaşasın. Öz vərdişlərinin və işgüzar cəhətlərinin düzgün qiymətləndirilməsi özünü anlaması, öz gücünü, zəifliklərini və çatışmamazlıqlarını bilməyi nəzərdə tutur. Yalnız bu zaman karyeranın düzgün məqsədlərini qarşıya qoymaq olar. Qeyd edilənləri əyani şəkildə aşağıdakı cədvəldən görmək olar.

MENECERİN KARYERASININ VƏ TƏLƏBATININ MƏRHƏLƏLƏRİ

S/s

Karyeranın mərhələləri

Yaş

Məqsədin əldə edilməsinə tələbat

Mənəvi tələbat

Fizioloji və maddi tələbat

1.

Ilkin
mərhələ

25 yaşa qədər

Təhsil, müxtəlif işlərdə sınaq

Özünü təsdiqin başlanğıcı

Varlığın təhlükəsizliyi

2.

Təşəkkül mərhələsi

30 yaşa qədər

İşin mənimsənilməsi, vərdişlərin inkişafı, ixtisaslı mütəxəssisin və ya rəhbərin formalaşması

Özünü təsdiq, müstəqilliyin əldə edilməsinin başlanğıcı

Varlığın təhlükəsizliyi, sağlamlığı, əmək haqqının normal səviyyəsi

3.

Irəliləyiş mərhələsi

45 yaşa qədər

Xidməti nərdivan üzrə irəliləyiş, yeni vərdiş və təcrübənin qazanılması, peşəkarlığın yüksəlməsi

Özünütəsdiqin yüksəlişi, böyük müstəqilliyin əldə edilməsi, özünü ifadənin başlanğıcı

Sağlamlıq, əmək haqqının yüksək səviyyəsi

4.

Saxlama mərhələsi

60 yaşa qədər

Mütəxəssisin və ya rəhbərin ixtisasının təkmilləşdirilməsinin zirvəsi. Öz peşəkarlığının yüksəlişi. Gəncliyin öyrədilməsi

Müstəqilliyin stabilləşdirilməsi, özünümüdafiənin yüksəlişi, hörmətin başlanğıcı

Əmək haqqı səviyyəsinin yüksəlişi, başqa gəlir mənbələrinə maraq

5.

Tamamlanma mərhələsi

60
yaşdan yuxarı

Pensiyaya getməyə hazırlıq. Özünə əvəzedicinin hazırlanması və pensiyada yeni fəaliyyətin hazırlanması

Özünümüdafiənin stabilləşdirilməsi, hörmətin artması

Əmək haqqı səviyyəsinin saxlanılması və yeni gəlir mənbələrinə marağın yüksəlməsi

6.

Pensiya mərhələsi

65 yaşdan sonra

Yeni növ fəaliyyətdə məşğul olmaq

Yeni fəaliyyət sferasının özünümüdafiə, hörmətin stabilləşməsi

Pensiyanın ölçüsü. başqa gəlir mənbələri, sağlamlıq

karyera-iş həyatında uğur deməkdir (career)

Karyeranın məqsədini fəaliyyət sahəsi, müəyyən iş, vəzifə, xidməti nərdivanda yer kimi anlamaq düzgün deyildir. O daha geniş məzmuna malikdir. Karyeranın məqsədləri səbəblərlə üzə çıxır, bu səbəblərdən insan konkret işlə məşğul olmaq istəyir, iyerarxik nərdivanda müəyyən pilləni tutmaq istəyir.
Qısaca olaraq karyeranın bir sıra məqsədlərini göstərək:
- özünüqiymətləndirməyə uyğun fəaliyyət növü ilə məşğul olmaq və ya vəzifə tutmaq, çünki bu iş mənəvi zövq verir;
- elə bir yerdə iş və ya vəzifə tutmaq ki, oranın təbii şəraiti sağlamlığın vəziyyətinə yaxşı təsir göstərir və yaxşı istirahət təşkil etməyə imkan verir;
- sizin imkanlarınızı gücləndirən və inkişaf etdirən işlə və ya vəzifə ilə məşğul olmaq; yaradıcı xarakter daşıyan işlə və ya vəzifə ilə çalışmaq;
- müəyyən müstəqilliyə imkan verən işdə və ya vəzifədə çalışmaq;
-yaxşı ödənilən və ya eyni zamanda daha çox əlavə gəlirlər verən işdə işləmək və ya vəzifə tutmaq;
- aktiv təhsili davam etdirməyə imkan verən işdə və ya vəzifədə çalışmaq;
- uşaqların tərbiyəsi və ya ev təsərrüfatı ilə məşğul olmağa imkan verən iş və ya vəzifə.
Yaşla əlaqədar olaraq karyeranın məqsədləri dəyişir, həmçinin bizim özümüzün ixtisas dərəcəmizin yüksəlməsi də karyeranın məqsədlərini dəyişdirir. Karyeranın məqsədlərinin formalaşması -daimi prosesdir.
Karyeranın idarə edilməsinə işə girən andan başlamaq lazımdır. Sizi işə götürən zaman, Sizə təşkilatın tələbləri ilə bağlı suallar verirlər. Eyni zamanda Siz də tələblərinizi formalaşdıran məqsədlərə uyğun suallar verməlisiniz.
İşə götürülən zaman işə götürülənə verilə biləcək suallardan misallar gətirək:
-Gənc mütəxəssislərə münasibətdə təşkilatın fəlsəfəsi necədir?
- Mənzil almaq şansı necədir? Ezamiyyətə (həmçinin xaricə) ildə neçə gün sərf edilir?
- Təşkilatın inkişaf perspektivləri necədir?
- Təşkilatın buraxdığı mallardan alarkən güzəştlər edilirmi?
- Təşkilatda iş vaxtından artıq iş olunurmu?
- Təşkilatda hansı əmək haqqı sistemindən istifadə olunur?
- Təşkilatın rəqibi kimdir?
-Təşkilatın özünün uşaq bağçası, sağlamlıq-müalicə müəssisələri varmı?
- Daha yüksək vəzifə almaq imkanları necədir?
- Təhsil, ixtisasın artırılması və ya yenidən hazırlıq üçün şərait yaranırmı?
- Vəzifənin ixtisarı mümkündürmü, əgər, hə, onda nə ilə əlaqədardır?
- İşçilərin ixtisarı zamanı başqa iş tapmaqda təşkilatın köməyinə arxalana bilərəmmi?
- Pensiya fondunun formalaşması prinsipləri necədir, pensiyanın mümkün ölçüləri necədir?
İş prosesində karyeranı idarə edərkən, aşağıdakı qaydaları yadda saxlamaq lazımdır: təşəbbüssüz, perspektivsiz rəisin işinə vaxt sərf etmə, özünü təşəbbüskar, operativ rəhbər üçün lazımlı et; öz biliyini genişləndir, yaxşı vərdişləri mənimsə, vakant ola biləcək vəzifəyə özünü hazırla, sənin karyerana kömək edə biləcək başqa insanları tanı və qiymətləndir; hər gün və hər həftə üçün plan tərtib et, burada istənilən məşğuliyyət üçün yer ayır; yadda saxla, həyatda hər şey dəyişir; - sən, sənin bilik və vərdişlərin, bazar, təşkilat, ətraf mühit - bu dəyişiklikləri qiymətləndirməyi bacar. karyera sahəsindəki sənin qərarların praktiki olaraq həmişə arzu və reallıq, sənin maraqların və təşkilatın maraqları arasındakı kompromisdir; heç vaxt tək keçmişlə yaşama; heç vaxt imkan vermə ki, sənin karyeran başqalarınkından tez inkişaf etsin, zəruri sayan kimi işdən çıx, təşkilat haqqında, əmək bazarı haqqında düşündüyün kimi düşün, kənar əmək bazarı haqqında unutma, işə düzəlməkdə təşkilatın sənə köməkliyinə etiraz etmə, lakin ilk növbədə özün sərbəst iş tapmağa çalış.

Xəbərlər     Baxılıb: 2984   Tarix: 30 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəng və şəkərdən qoruyacaq UNİKAL PƏHRİZ

Arıqlamaq üçün müxtəlif pəhrizlər var, lakin onların əksəriyyəti müvəqqətidir və sağlamlığınıza zərər verə bilər. Bununla belə, Harvard alimləri qidalanmaya unikal yanaşma təqdim ediblər ki, bu da təkcə arıqlamağa kömək etmir

.

Öskürək və köpün dərmanı - Razyana

bildirir ki,  "Şəfalı bitkilər" silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik. Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI

Bir çoxlarının sevimli səhər yeməyinin sağlamlığa zərərli olduğu ortaya çıxıb. .   -a istinadən xəbər verir ki, bununla bağlı qastroenteroloq Dilarə Lebedeva danışıb. . Həkimin sözlərinə görə, səhər yeməyi xroniki yorğunluqdan

.

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb. report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Bildirilir ki, kişi 2022-ci ili

.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. . Milli. -a istinadən xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamö

.

Duzu azaldın və nəticəni görün

Dadlı yeməklər bişirmək üçün mətbəxin ən vacib tərkib hissəsi duzdur. Yeməkləri uzun müddət saxlamaq üçün də istifadə oluna bilər və bu baxımdan mətbəxlər üçün əvəzolunmazdır. -a istinadən xəbər verir ki, Harvard Universitetini

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

turlar.az

sonxeber.az qadın geyimi maskalar yemek reseptleri buga burcu 2024 süd vəziləri əl işlərinin hazırlanması sinir sistemi kosmetika nizami gencevi xerceng bakire qaynana zəhmət