Kənan M.M: "Özlərindən bixəbərdilər ama mənim qeyrətimi çəkillər..."

Kənan M.M: "Özlərindən bixəbərdilər ama mənim qeyrətimi çəkillər..."Rejissor Kənan M.M yeni çəkilən yerli filmlərin tənqid olunmasına münasibət bildirib.

BiG.AZ xəbər verir ki, musavat.com saytına açıqlama verən rejissor bildirib ki, yerli filmləri tənqid etmək doğru deyil: "Bu yaxınlarda "3 badam 1 qoz" filmini sosial şəbəkədə paylaşıb, dəstək oldum. Bununla əlaqədar daha sonra tənqid olundum. Hamı dedi ki, bu, nə filmdir, camaatın zövqünü korlayırsınız. İnsanların zövqü onsuz da bu kinolara kimi korlanıb. Yaxşı film başqa, çox izlənən film isə başqadır. Hollivuddan bura filmlər gəlir. 2-3 gün izlənir, sonra nümayişi dayandırılır. Amma heç kim o filmin pis olduğunu deyə bilməz. Sadəcə onun tamaşaçısı yoxdur. O kinonun yox, bizim problemimizdir. Rövşən İsaxın "Aktrisa" filmi çox gözəl filmdir, hamı izləməlidir. Qürurverici haldır ki, Kann Festivalında iştirak edib. Əsas deyil ki, mükafat alsın. Əsas odur ki, ora kimi gedib çıxıb. Məni üzən hadisələrdən biri o oldu ki, Azərbaycan tamaşaçısı, rejissoru üstünlüyü komediyaya verib. Çünki pul ordadır. Kino isə onda deyil. Bu günə kimi ən çox sevdiyim film "Oğlan evi-1" olub, ən çox güldüyüm isə "3 badam 1 qoz" olub. Deyə bilmərəm ki, "3 badam, 1 qoz" peşəkar çəkilib. Bu, adıma zidd olar. Amma aktyor oyunu çox gözəldir, o filmdə istedadlı uşaqlar rol alıb. Mənim yaralı yerim budur ki, insanlar drama da baxsınlar. Əgər bunu bacarırıqsa, o birini də bacarmalıyıq. "Gecə qonağı-2"ni çəkmişəm, göstərməyə qorxuram. Özümə söz vermişəm ki, 2 il ərzində "Youtube"də heç bir şərhi oxumayacağam. Bundan əvvəlki şərhləri oxudum. Bir tərəfdən sevindim, bir tərəfdən üzüldüm. Sevinirəm ki, deyirlər, bunu bizimkilər çəkib? Üzülürəm ki, bizim çəkdiyimizə inanmırlar. Bunu lift ustası, "Kamaz" sürücü çəkməyib. Bunu rejissor çəkib, normalda da belə olur. İnanıram düzələr, bilmirəm o günü görəcəyəm, yoxsa yox".

Rejissor qalmaqala səbəb olan, uzun müddət tənqidlərə məruz qaldığı "Gecə qonağı" filminin ikinci hissəsindən də bəhs edib: "Gecə qonağı" filminə görə tənqid olundum. Mənim həyat fəlsəfəm başqadır. Əgər biri səni tənqid edirsə, nifrət edib qısqanırsa, deməli, sənin yerində olmaq istəyir. Mən öz işimlə məşğul oldum. Həyat məni atıb-tutdu, sonra da indiki yerimə qoydu. Universiteti oxuyanda Kənan M.M olmaq haqda düşünmürdüm. Öz işimi gördüm. Tənqidlər çox oldu. Biri yazıb ki, axıra kimi baxdım, xoşuma gəlmədi. Xoşuna gəlmirsə, niyə axıra kimi baxırsan? Yazırlar ki, siz istəyərsiniz, bu filmə övladlarınız baxsın? Mənim övladım gecə saat bir də yatır. Sənin övladın o vaxtı niyə oyaqdır? Hər bir filmin öz yaş həddi var. Sultan Süleymanla Hürrəmin hamamda çimmə, "Kara sevda"da öpüşmə səhnəsinə baxanlar məni qınadı. Deyirlər ki, mən azərbaycanlıyam, belə film çəkməməliyəm. Guya mənim qeyrətimi çəkirlər, amma özlərindən bixəbərdirlər. Bunlara fikir versəydim, yarıyolda qalardım. "Gecə qonağı -2" və "Qayıdış" indiyə kimi çəkdiyim filmlərdən biri yox, birincisidir. Musiqi, görüntü rejissoru Türkiyədən gəlib. İdeya İlqar Fəhminin, ssenari özümündür. Baş rolda aktrisa Pərvin Abıyeva və oğlum Hüseyn çəkilib".

Kənan M.M ekran işində Fərda Xudaverdiyevin çəkilməməsinin səbəbini də açıqlayıb: "Aramızda anlaşılmazlıq olmayıb. Çox pul istədi, mən də verə bimədim. Fərda istədiyindəndə artıq pula layiqdir. Biz əlimizdə olanlarla hərəkət edirik. Fərda ilə razılığa gələ bilmədiyimiz üçün ssenarini başdan dəyişdim. Bu işdir, ona görə aramızda heç bir narazılıq yaranmadı. Fərdanın mənə borcu yoxdur. Adam haqqını istəyib, verə bilməmişəm, çəkilməyib".

Xəbərlər     Baxılıb: 1920   Tarix: 06 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

qaşların formalari geyim necə seçməli həkim məsləhəti haxışta pamidor maskasi göyəm turşusu aliment almaq kosmetika yuxuda qara ilan gormek qaynanaya aid qoğalın nağlı novruza aid hakista qiz burcu