Kərə yağından istifadə zamanı edilən səhvlər yeməkləri və həzmi korlayır

Kərə yağından istifadə zamanı edilən səhvlər yeməkləri və həzmi korlayırKərə yağı qidalanmada əvəzolunmaz məhsullardan biridir. Lakin bəzi məhsullarla birlikdə istifadə edildikdə, faydasını itirə və hətta sağlamlığa zərər verə bilər.
Milli.Az xəbər verir ki, bu barədə "Obet" nəşri yazır.
Kərə yağı haqqında nəyi bilməliyik?
Kərə yağı doymuş yağlar və yağda həll olan vitaminlərlə zəngindir və düzgün istifadə edildikdə faydalıdır. Lakin hər kulinariya birləşməsi sağlam deyil. Yanlış kombinlər həm həzmi çətinləşdirə, həm də faydalı maddələrin sorulmasını poza bilər.
Kərə yağı və qırmızı ətlə birlikdə istifadə
Kərə yağı ilə qırmızı ətin birləşməsi populyar olsa da, sağlamlıq baxımından risklidir. Hər iki məhsulda yüksək miqdarda doymuş yağ mövcuddur ki, bu da "pis" xolesterin (LDL) səviyyəsini artıra bilər. Mütəxəssislər bildirir ki, bir yeməkdə çox yağın olması qaraciyər və həzm sisteminə ağır yük salır. Kərə yağını kolbasa və ya hisə verilmiş ətlə deyil, daha az yağlı ət məhsulları ilə istifadə etmək tövsiyə olunur.
Kərə yağı və balıq
Somon, skumbriya kimi yağlı balıqlar omega-3 yağ turşuları ilə zəngindir və ürək, beyin sağlamlığı üçün faydalıdır. Ancaq bu balıqları kərə yağında qızartmaq və ya bişirmək həmin faydaları azalda bilər. Kərə yağındakı doymuş yağlar omega-3-ün təsirini zəiflədə, eyni zamanda həzm və qida maddələrinin sorulmasını çətinləşdirə bilər.
Kərə yağı və yağlı süd məhsulları
Kərə yağını qaymaq və ya pendir kimi yağlı süd məhsulları ilə birləşdirmək həzm üçün çox ağır ola bilər. Belə yeməklərdə doymuş yağların konsentrasiyası yüksək olduğundan, zülalların sorulmasını zəiflədə bilər. Mütəxəssislər kərə yağını daha yüngül məhsullarla - məsələn, təzə tərəvəz və ya bir az zeytun yağı ilə - əvəz etməyi tövsiyə edirlər.
Qızartma üçün uyğun deyil
Kərə yağı yeməyə özünəməxsus dad versə də, qızartma üçün uyğun deyil. Onun tüstülənmə temperaturu aşağıdır, yəni tez yanır. Buna görə uzun müddət qızartmalarda istifadə edilməməlidir. Ən yaxşı halda, kərə yağı ilə yumşaq və qısa müddətli yeməklər (məsələn, yumurta) hazırlanmalıdır.
Kərə yağı faydalı olsa da, hansı məhsullarla birgə istifadə edildiyinə diqqət etmək lazımdır. Doymuş yağların miqdarını nəzarətdə saxlamaq, yeməklərin həm dadını, həm də həzmini yaxşılaşdırmağa kömək edə bilər.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1841   Tarix: 20 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geyim necə seçməli kosmetik vasiteler həkim məsləhəti kartof maskasi uz ucun dermanlar kosmetika murebbelerin hazirlanmasi kosmetika həmidə xanım az itburnu novruz hakıştası zehmet ve zinet