Kimlərdə kartof və pomidor xərçəng yarada bilər?
Kartof və pomidor bəzi mədə-bağırsaq xərçəngi riskini artıran qidalar hesab olunur.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, toksikoloq Mixail Kutuşov orqanizmə neqativ təsir edən 3 tərəvəzi açıqlayıb.
"Əgər insanın mədə-bağırsaq sistemi tam sağlam deyilsə, selikli qişalarında yara, xora, zədələnmə varsa, kartof, pomidor, badımcanın qəbulu vəziyyəti daha da pisləşdirə bilər.
Qastrit və xoralı mədə-bağırsaqda pomidor və kartof xərçəng riskini artırır. Çünki onlar yaxşı həzm olunmayacaq, selikli qişaları qıcıqlandıracaq, bağırsaqda toplanıb iltihaba səbəb olacaq.
Eləcə də bu tərəvəzlərdə solanin adlı toksin var. O maddələr mübadiləsini pozur, böyrək, qaraciyər, sinir sisteminə zərbə vurur.Orqanizmi bu toksinlərdən qorumaq üçün yaşıl rəng, acı dadlı kartofdan, yaxşı yetişməmiş çiy pomidordan, çiy badımcandan uzaq durmaq lazımdır" .
Milli.Az









Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi