Kimlərə əncir yemək kimlərə qəti qadağandır?

Kimlərə əncir yemək kimlərə qəti qadağandır?Əncir təkcə ləzzətli meyvə deyil, həm də ümumi sağlamlığa müsbət təsir göstərir. O, orqanizm üçün bir çox faydalı maddələrin mənbəyi hesab olunur.
Milli.Az bununla bağlı maraqlı məlumatları təqdim edir:
Əncirin faydaları
Faydalı maddələrlə zəngindir
Əncir yüksək miqdarda vitaminlər (A, C, K və B qrupu) və minerallar (kalium, kalsium, maqnezium, dəmir) ehtiva edir. Kalium qan təzyiqini azaltmağa kömək edir, kalsium isə sümüklərin sağlamlığını qoruyur.
Antioksidant xüsusiyyətlərə malikdir
Əncirin tərkibində flavonoidlər və polifenollar kimi antioksidantlar var. Onlar sərbəst radikallarla mübarizə apararaq xroniki xəstəliklərin, o cümlədən ürək-damar xəstəlikləri və xərçəng riskini azaldır.
Həzm sistemini yaxşılaşdırır
Tərkibindəki liflər və təbii fermentlər sayəsində əncir həzmi yaxşılaşdırır, köpməni azaldır və bağırsaq mikroflorasının balansını qoruyur.
Dərinin vəziyyətini yaxşılaşdırır
Əncirin iltihab əleyhinə təsiri var. O, sızanaq, ekzema və digər dəri problemlərinə kömək edə bilər. Antioksidantları dərini qocalmaya qarşı qoruyaraq sağlam görünüşünü saxlayır.
Ürək sağlamlığını dəstəkləyir
Əncirin tərkibində olan kalium və antioksidantlar xolesterin səviyyəsini aşağı salır və ürək-damar sistemini qoruyur. Ənciri təzə və ya qurudulmuş halda, həmçinin desertlərə, salatlara, şirniyyatlara əlavə edərək və ya müstəqil qəlyanaltı kimi istehlak etmək mümkündür.
Kalorisi və qidalanma dəyərləri
100 qram təzə əncir - 43 kalori, 1.3 qram protein, 0.3 qram yağ, 9.5 qram karbohidrat (əsasən fruktoza), 2 qram lif.
100 qram qurudulmuş əncir - 200 kalori, 3.3 qram protein, 1.5 qram yağ, 48.6 qram karbohidrat, 9.2 qram lif.
Kimlərə qadağandır?
Aşağıdakı hallarda əncirin qəbulu tövsiyə edilmir:
Şəkərli diabet xəstələri - yüksək şəkər tərkibinə görə.
Pankreatit xəstələri - həzm sisteminə əlavə yük yaratdığı üçün.
Kəskin iltihabi bağırsaq xəstəlikləri zamanı.
Sidik turşusunun mübadilə pozğunluğu olan şəxslər - məsələn, podaqra (gut)  xəstələri. /Lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1985   Tarix: 14 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

geyim şəkilləri toy makiyaji sekilleri hamilelikde qidalanma frans subert haqqinda balıqqulağı bizim mətbəx xren yarpagi kosmetika oxatan vətənə aid bayatı vətənə aid hakışta qaynana hakista