Kişilər də klimaks keçirir?
Klimaks və ya menopauza - orqanizmin təbii "qocalma" prosesinin mərhələsidir. Qadında menstruasiya (aybaşı) ardıcıl olaraq 12 ay olmadıqda, klimaksdan söhbət açıla bilər. Deyilənə görə, eyni hal kişilərdə də yaranır və insanlar arasında "kişi klimaksı" deyə bir əfsanə dolaşır. Bu nə dərcədə doğrudur?
Milli.Az lent.az-a istinadən bildirir ki, Kaliforniya Universitetinin Kişi Sağlamlığı Klinikasının uroloqu və reproduktiv mütəxəssisi Jesse Mills bildirib ki, kişilərdə testosteron səviyyəsinin azalması və cinsi funksiyanın zəifləməsi qadınlarda menopoz kimi müəyyən bir zamanla bağlı deyil. "Kişi menopauzası" adlanan simptomlar daha yumşaqdır və sağlam vərdişlərlə idarə oluna bilər.
Həkim bildirib ki, yaşla kişilərin orqanizmində testosteron səviyyəsi azalır, lakin bu, tədricən baş verir. Bundan əlavə, bu kişi cinsi hormonu ömrünün sonuna qədər sintez olunmağa davam edir.
Qadınlarda estrogen istehsalı 45-55 yaşları arasında sürətlə və kəskin şəkildə azalmağa başlayır. Millsin fikrinə görə, elmi nöqteyi-nəzərdən kişi orqanizmində yaşa bağlı dəyişiklikləri "klimaks" adlandırmaq olmaz. O qeyd edib ki, libidonun azalması, erektil disfunksiya, artıq çəki, hipertoniya, yüksək xolesterin və zəif yuxu ilə müşayiət olunur.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi