Kolbasa 2 ağır xəstəliyə səbəb olur
Həkimlər gündəlik rasionda ən təhlükəli qidalardan birinin kolbasa olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, qastroenteroloq Yevgeniya Melnikova emal olunmuş ət məhsullarının həddindən artıq istehlakının ağır sağlamlıq fəsadları yaratdığını deyib.
Mütəxəssis qeyd edib ki, kolbasa və digər emal olunmuş ətlər yüksək miqdarda duz, doymuş yağ, dad gücləndiriciləri və nitratlar ehtiva edir. Bu səbəbdən belə məhsullar sağlam qida hesab edilmir. O, həmçinin kolbasanın çox yüksək kalorili olduğunu vurğulayıb.
Melnikovanın sözlərinə görə, xüsusilə 100 qramında 200-600 kilokalori olan yağlı və qurudulmuş kolbasalar gündəlik qida üçün ən zərərli seçimlərdən biridir.
Həkim xəbərdarlıq edib ki, kolbasanı tez-tez yeyən insanlar piylənmə və onun nəticəsi olaraq 2-ci tip diabet riskini artırırlar. Bundan əlavə, məhsulun tərkibindəki duz lipid mübadiləsini pozaraq hipertoniya və ateroskleroz kimi xəstəliklərin inkişafına yol açır.
Mütəxəssis həmçinin emal olunmuş ətlərin digər təhlükəli təsirlərinə osteoporoz, kalsium-fosfor balansının pozulması və kolorektal xərçəng riskinin yüksəlməsini də aid edib.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO