Kondisionerin yalnış istifadəsi ölümə səbəb olur - Xəbərdarlıq

Kondisionerin yalnış istifadəsi ölümə səbəb olur - XəbərdarlıqTürkiyəli mütəxəssis sinə xəstəlikləri mütəxəssisi Adəm Yılmaz son günlər istilərin həddindən artıq artması ilə qapalı mühitlərdə tez-tez istifadə edilən kondisionerlərin səbəb olduğu "legioner xəstəliyi və ya xalq arasında "kondisioner pnevmoniyası" olaraq tanınan xəstəliyin çoxaldığını açıqlayıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Adəm Yılmaz bu vəziyyətdə diqqətli olmadıqda ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, kondisionerlərdən şüurlu istifadə həddindən artıq isti bölgələrdə çalışan fərdlərin iş performansına müsbət təsir edir, isti havanın zehni və fiziki fəaliyyətlərə mənfi təsirlərini aradan qaldırır, tərləməni azaldaraq orqanizmin maye itkisinin qarşısını alır.
Yılmaz bildirib ki, kondisionerlərdən yanlış istifadə legioner xəstəliyinə, eləcə də, əzələ, boyun və bel ağrılarına, oynaqların sərtliyinə, infeksiya və allergiyaya səbəb olur.
Yanlış kondisioner istifadəsindən yarana biləcək ən təhlükəli xəstəliyin legioner xəstəliyi olduğunu söyləyən mütəxəssis bildirib ki, bu xəstəlik aşağı tənəffüs yolu infeksiyası ilə özünü göstərir və ölümlə nəticələnə bilər: "Xüsusilə tənəffüs problemi olan xəstələrdə bu risk həddindən artıq soyuq yerlərdə daha yüksəkdir. Qızdırma, uzun zaman davam edən öskürək, oynaq ağrıları, ürəkbulanma və qarın ağrıları bu sətəlcəm tipinin ən əhəmiyyətli əlamətlərindəndir".
Xalq arasında kondisioner pnevmoniyası kimi tanınan və geniş yayılmış bədən ağrıları, yüksək hərarət, baş ağrısı, ürəkbulanma və ishal ilə müşayiət olunan legioner xəstəliyi "legionella pneumophila" bakteriyasının yaratdığı ciddi bir ağciyər infeksiyasıdır. Bu xəstəlik kondisioner, cakuzi, dekorativ fəvvarə, ventilyasiya sistemi kimi yerlərdən tənəffüs yolu ilə keçir. Xroniki tənəffüs problemi olan insanlarda, immun sistemi zəif olan şəxslərdə və diabet xəstələrində ölüm təhlükəsi yarada bilər.
Yılmaz kondisionerdən istifadə edilən mühitlərdə baş ağrısı, göz, burun, boğazda qıcıqlanma, davamlı öskürək, qıcıqlanma, başgicəllənmə, yorğunluq, halsızlıq və konsentrasiyada çətinlik kimi şikayətlərin müşahidə oluna biləcəyini qeyd edib. Bu səbəbdın kondisionerlərin baxımının vacibliyini vurğulayan Yılmaz deyib ki, "Kondisioner boruları 3 ildən bir yoxlanılmalı, filtrlər 6 ayda bir nizamlı olaraq təmizlənməlidir. Bundan əlavə, hava üfürmə kanalları birbaşa insanlara tərəf yönəlməməlidir. Xarici mühitlə qapalı mühit arasındakı fərq 6 dərəcədən çox olmamalıdır. Ani temperaturun isti mühitdən soyuq mühitə və ya əksinə dəyişməsi xüsusilə ürək xəstələri üçün risk yarada bilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 1106   Tarix: 28 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

hamiləlik kosmetika mehsullari həkim məsləhəti hicablı xanımlar küftələr əməliyyatlar əlibala hacızadə kosmetika baldıza aid hakışta pizza novruz hakışdaları birlik haqqinda cantalar