Koronavirus hansı orqanların işini pozur? - Ekspert açıqladı
Sankt-Peterburq Epidemiologiya və Mikrobiologiya İnstitutunun innovasiya işləri üzrə direktor müavini Aleksandr Semyonov COVID-19-un bir çox orqanlara təsir etdiyini söyləyib.
Milli.Az xəbər verir ki, ekspert koronavirusun qripdən fərqli xüsusiyyətlərə malik olduğunu deyib:
"Koronavirus qrip deyil, yeni bir şeydir. Biz hələ belə bir xəstəliyə rast gəlməmişik. Odur ki, sətəlcəm və ya qripdən fərqli olaraq bir çox orqanlara zərər verə bilər. Sadəcə ağciyərlərə deyil, bağırsaqlar və qaraciyərə də yük düşür. Xüsusilə orta-ağır xəstələrin əksəriyyətində böyrək funksiyasının pozulması müşahidə olunur. Bundan əlavə, koronavirus iybilmə qabiliyyətinin tam və ya qismən itirilməsinə də səbəb ola bilər".
Ekspert həmçinin koronavirusun sinir sisteminə təsirindən danışıb:
"Sinir toxumasına təsir edir, bunun əlamətlərindən biri də xəstələrdə iybilmə itkisinin və şüurun pozulmasıdır. Bu virus o qədər də sadə deyil. Bu sadə kəskin respirator xəstəlik deyil, daha fərqli və çoxstansiyalı infeksiyadır". (publika.az)
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR
Rusiyanın xarici agent kimi tanıdığı Maksim Qalkin Bakıya gəlir
Hasan Can Kaya nişanlandı
Ofeliya qardaşı üçün qan axtarır - İzləyicilərinə səsləndi